Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər Əsədin müşaviri Suriya kürdlərini hədələyib

kurdistan.ru, 09.11.2017


Suriya prezidenti Bəşər əl-Əsədin müşaviri bildirib ki, ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” İraq qoşunlarının hücumu zamanı Birləşmiş Ştatların tərk etdiyi İraq Kürdüstanı bölgəsinin taleyindən ibrət almalıdır.

Buseynə Şaəban Livanın “əl-Mayədin” telekanalına çərşənbə axşamı ayrıntılı müsahibədə deyib ki, Suriyadakı ABŞ qüvvələri ən yaxın vaxtlarda haqq-hesab çəkiləcək “işğaıçıdır” və Suriya dövləti hazırda əsas hissəsini Suriya kürdləri təşkil edən və şəhəri İŞİD-dən azad etmiş “Suriya Demokratik Qüvvələri”nin nəzarətində olan Rakkanı “azad edəcək”.

Onun fikrirləri İŞİD enildikdən sonra Suriya kürdlərinin və müttəfiqlərinin Dəməşqin “cəzasına” məruz qala biləcəyi haqda İranSuriya rəsmilərinin xəbərdarlıqları silsiləsində axırıncıdır. Əsədin özü çərşənbə axşamı deyib ki, onun qüvvələrinin apardığı müharibə təkcə “terrorçu” qruplarla məhdudlaşmır, həmçinin Suriya dövlətinin bölünməsi və zəiflədilməsi cəhdlərinə qarşı yönəlib. Bu haqda Suriya prezidentinin İran ali lderinin müşaviri Əliəkbər Vilayəti ilə görüşündən sonra onun ofisi məlumat verib. Vilayəti də bu cür bəyanat verib.

Kürdlər vətəndaş müharibəsinin taqətdən saldığı Suriyada muxtar bölgə yaradıb və yerli seçkilər keçiriblər. Suriya Kürdüstanı parlamentinə seçkilər yanvara planlaşdırılıb. Bununla yanaşı, kürd administrasiyası vahid Suriyada federal sistem uğrunda çıxış edir. Dəməşq kürd anklavını qəbul etmir.

Əsədin müşavirinin bəyan etdiyi kimi, xarici işlər naziri Valid əl-Müəllimin Dəməşqin kürd muxtariyəti ilə danışıqlar aparmağa hazır olduğu barədə əvvəllər verdiyi bəyanatlar “yanlış yozulub”.

Şaəban deyib: “Hesab etmirəm ki, dövlətin suverenliyi və ərazisindən söhbət gedərkən hər hansı hökumət istənilən komponentlə danışıqlar apara bilər. Allah eləməsin, dezinteqrasiya və ya federallaşmaya dair heç bir danışıq ola bilməz”.

O həmçinin “Suriya Demokratik Qüvvələri”ni “kiçik” və Suriya kürd xalqının dəstəyindən məhrum olanlar kimi səciyyələndirib. Onun fikrincə, kürdlərin əksəriyyəti “Amerika işğalçısı”na qarşı çıxış edir.

O, xəbərdarlıq edib ki, “Suriya Demokratik Qüvvələri”nin muxtar bölgəni qorumaqda ABŞ-ın köməyinə güvənməyinə dəyməz. Şaəban bildirib: “Mən hesab edirəm ki, İraqda baş verənlər “Suriya Demokratik Qüvvələri” və Birləşmiş Ştatlar tərəfdən dəstəklə oynayanlar üçün dərs olmalıdır. ABŞ dəstəyi əbədi deyil və həmişə sürməyəcək”.

O həmçinin bəyan edib ki, ABŞ-ın başçılığı ilə Rakkada İŞİD-ə qarşı duran beynəlxalq koalisiyanın əməliyyatı şəhəri Hələbdən daha bərbad dağıntı durumunda buraxıb, amma onun sözlərinə görə, Dəməşq bu şəhəri öz nəzarətinə götürəcək. “Suriyanın istənilən başqa şəhəri və qəsəbəsi kimi Rakka da əziz şəhərdir… Biz Deyr-əz-Zoru azd etdiyimiz kimi onu da azad etməkdən heç vaxt imtina etmərik. Biz Suriya Ərəb Respublikasının hər bir hissəsinin azad edilməsi üzərində işləyəcəyik”.

Hakimiyyət uğrunda vuruşan bölgəsəl və kürəsəl oyunçular Suriya müharibəsinə təsir göstərib, nəticədə yüz minlərlə adamın həlak olduğu və milyonlarla adamın yer dəyişdiyi, demək olar, yeddiillik müharibədə müxtəlif və tez-tez rəqabət aparan güclərə dəstək verib.

Şaəban bəyan edib ki, Dəməşqin Çin və əsas müttəfiqi Rusiyanın artan hakimiyyəti qarşısında Birləşmiş Ştatlar və Avropanın rolu şübhəli görünür.

Şaəban bütünlükdə bölgədən danışarkən bildirib ki, İranSuriya kimi dövlətlərdən və Livanın “Hizbullah”ı kimi qeyri-dövlət subyektlərindən ibarət “Müqavimət Cəbhəsi” Səudiyyə Ərəbistanı və ya İsrailin dağıda bilməyəcəyi “sıx alyans” formalaşdırıb. Bununla yanaşı, o, İsrail və ya Səudiyyə Ərəbistanının Livanda “Hizbullah”la müharibə imkanını istisna edərək bildirib ki, “Müqavimət Cəbhəsi”nin tərəflərindən birinə hücum fəaliyyətdəki digər qüvvələri cəlb edər və “tamdəyərli müharibəyə” səbəb olar.

Qonşu Türkiyəyə gəlincə, Şaəban deyib ki, Ankara təhlükəsizlik zonaları haqda Astana danışıqlarında əldə olunmuş sazişə əməl etmir. O söyləyib ki, Rusiya, Türkiyə və İranın nail olduğu Astana razılaşması hər bir tərəfin “əl-Qaidə”yə bağlı “Cəbhət ən-Nusra” ilə mübarizəsini nəzərdə tutur. Onun sözlərinə görə, Türkiyə isə Suriyanın türk qoşunlarınn müşahidə məntəqələri yaratdığı şimal əyaləti İdlibdə “Cəbhət ən-Nusra” ilə əməkdaşlıq edib. Şaəban bunu Türkiyənin “böyük səhvi” adlandırıb.

Suriya ərazisindəki Türkiyə və Amerika qoşunlarına gəlincə, o bildirib ki, bu ölkələr beynəlxalq qanunvericiliyi pozub və Suriyada qanunsuz yerləşib, Əsəd hökuməti onlarla “uyğun zamanda hesablaşacaq”.
(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar