Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər Əsəd Dəməşq yaxınlığında kimyəvi silah işlətdi, yüzlərlə ölü var


Ötən gecə Suriya rejimi qüvvələri Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan şərqi Quta qəsəbəsinə kimyəvi silah hücumu həyata keçirib


Virtualaz.org xəbər verir ki, barədə Suriyada işləyən humanitar yardım işçilərinə istinadən BBC və digər beynəlxalq KİV-lər xəbər veriblər.

Suriyada bombardmanlar altında qalan dinc əhalini xilas etməyə çalışan “Ağ dəbilqilər” təşkilatının bildirdiyinə görə azı 150 dinc sakin ölüb və yüzlərlə insan xəsarət alıb. Xilasedicilər bildirir ki, bir çox ailələr bütövlükdə həlak olublar və onların meyitləri gizləndikləri sığınacaqlarda qalıb. Ölənlər arasında çoxlu qadın və uşaqların da olduğu bildirilir. Ölənlərin sayının artacağı gözlənilir.




Məlumatlara görə zarin qazı vurulmuş çəllək bombasını şərqi Qutaya naməlum vertolyot atıb. Suriya rejimi kimyəvi silah hücumu barədə məlumatları təkzib edir.

ABŞ Dövlət Departamenti bəyan edib ki, Suriyada kimyəvi silah hücumu barədə olduqca həyacanlı məlumatlar alıb və bu məlumatlar araşdırılır. Rəsmi Vaşinqton kimyəvi silah hücumuna görə məsuliyyəti Rusiyanın daşıyacağını bildirib. Dövlət Departamenti qeyd edib ki, bundan əvvəl Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah işlətməsi faktları şübhəsizdir. “Rusiya saysız-hesabsız suriyalıların kimyəvi silahdan da istifadə olunmaqla hücuma məruz qalmasına görə məsuliyyət daşıyır”-Dövlət Departamenti bildirir.

ABŞ xarici siyasət idarəsinin rəsmisi Hezer Nauert qeyd edib ki, onlara bır sıra könülü qruplar və tibb personalından kimyəvi silah hücumunda azı 40 nəfərin öldüyü haqda xəbərlər daxil olub. “Bir çox ailələr, o cümlədən uşaqlar sığınacaqlarda gizlənmişdilər, ancaq onların da öldüyü bildirilir”-rəsmi deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar