Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər Əsəd: “İran lazım olduğu qədər Suriyada qalacaq”


Suriya prezidenti Bəşər Əsəd deyib ki, ona Suriyada İran və Hizballah qüvvələrinin yardımı lazımdır və gərəkdiyi müddətdə burada qalacaqlar


İyunun 13-də İranın “Al-Aləm” televiziyasına müsahibəsində Əsəd bildirib ki, İranın Rusiya kimi Suriyada hər hansı hərbi bazası yoxdur. Ancaq onun sözlərinə görə, “İranın hərbi bazasına ehtiyac yaranarsa, tərəddüd etmədən” bunu təmin edəcəyik.

İran da Rusiya kimi müttəfiq ölkədir”, – o deyib.

Əsəd  bildirib ki, sünni üsyançılara qarşı yeddi ildir davam edən vətəndaş müharibəsində o, iranlı müşavirlərdən, İraqın şiə döyüşçülərindən və Hizballahdakı livanlı döyüşçülərdən vacib dəstək alıb. Bu müharibədə yarım milyondan çox adam ölüb.

Suriya prezidentinin deməsinə görə, ölkənin üsyançıların əlində olan 40 faizədək ərazisi üzərində nəzarəti yenidən qazanmaqdan ötrü bu döyüşçülər hökumətə lazımdır.

“Hizballah bu müharibədə əsas elementdir. Döyüş uzun çəkəcək və bu hərbi qüvvələrə hələ uzun müddət ehtiyac qalacaq”, – Əsəd vurğulayıb.

Onun deməsinə görə, müttəfiq döyüşçülərini ölkəyə o dəvət edib və Birləşmiş Ştatlar və İsrailin tələb etdiyi kimi, heç vaxt onların getməsini istəməyəcək, hətta hər hansı sülh razılaşmasının tərkib hissəsi sayılsa belə. Əsəd deyib ki, Suriyanın İranla münasibəti “heç bir həll variantının tərkib hissəsi” ola bilməz. Onun sözlərinə görə, dost qüvvələri terrorun kökü kəsilənədək Suriyada qalacaq: “İranla Hizballah terrorçuluğun kökünün kəsildiyini görəndə bizə vətənlərinə qayıtmaq istədiklərini deyəcəklər”, – o deyib. (Azadlıq Radiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar