Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gəlib
PİA.AZ "Report"-a istinadən məlumatına görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov B.Foqtsla görüşüb.
Xatırladaq ki, futbol üzrə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Azərbaycan - Almaniya ilə qarşılacaq. B.Foqts həmin oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək.
pia.az