Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə “20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol yarışı keçirilib


Yarış Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərindən təyin edilmiş hakimlər tərəfindən idarə olunub


17-18 yanvar 2017-ci il tarixlərdə ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə məktəblilərin qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirilmişdir. Birincilikdə 8 komanda iştirak etmişdir.

Tədbiri giriş sözü  ilə Gənclər və İdman İdarəsinin rəis müavini, ”Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” Tahir Quliyev açaraq 1990-cı il 20 Yanvar gecəsində baş verənlər haqqında gəncləri məlumatlandırdı. O bildirdi ki, Azərbaycan gənci bu tarixi milli məfkürəmizin oyanış günü kimi  daim qürur və iftixar hissi ilə anmalıdır.

20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

RayonTəhsil Şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək yarışın keçirilmə qaydaları barədə komandaları bir daha məlumatlandırdı və onlara uğurlar arzuladı.

Yarış Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərindən təyin edilmiş hakimlər  tərəfindən idarə olunmuşdur.

Birincilik Əsasnaməyə uyğun olaraq, Olimpiya sistemi üzrə keçirilmişdir, rəqiblər püşkatma yolu ilə müəyyən edilərək mübarizə aparmışlar.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə daha güclü oyun nümayiş etdirən N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbinin komandası I yeri, R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbinin komandası II yeri, R.Abbasov adına Əmirli kənd tam orta məktəbinin komandası isə III yeri tutmuşlar.

Birinciliyin keçirilməsi vaxtı  heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.

Qalib komandalar Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli  diplomları ilə təltif olunmuşlar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar