Bərdədə yanğın qeydə alınıb
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə rayonunun Kətəlparaq kəndində ümumi sahəsi 80 m2 olan, qamışdan ibarət birmərtəbəli 3 otaqlı tikili 24 m2 sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
pia.az