Bərdə şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vuraraq, ona ağır xəsarət yetirib.
Yaralının şəxsiyəti hələ ki, məlum deyil. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır. (report.az)
pia.az