Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə əsgərlərlə görüş keçirilib


İyulun 25-də Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və L.Səfərov adına mədəniyyət evinin yaxından köməkliyi ilə “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 21-ci ildönümü münasıbətilə rayonun fəal gənclərinin əsgərlərlə görüşü keçirilibvə gənc istedadların konsert proqramı hərbçilərimizə təqdim olunub


Tədbiri giriş sözü ilə ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq zabit və əsgərləri gənclər adından salamladı və qonaqları təqdim etdi. Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək qeyd etdi ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın dayağı, gələcəyi adlandıran ulu öndər gənclər siyasətini dövlətin ən ümdə vəzifələrindən biri hesab edərək gənclərlə iş sahəsini daima önə çəkmiş,onların ictimai-siyasi həyatda layiqli yer tutmalarına çalışmışdır.

 Bu məqsədlə müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilmiş, nazirliyin yerli strukturları formalaşmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqəti nəticəsində Dövlət Gənclər Siyasətini həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial -iqtisadi və ictimai-siyasi şərait yaradılmışdır.Sonra A.Şahbazov Ordumuzun son zamanlar daha da güclənməsindən, əsgərlərdə ruh yüksəkliyinin artmasından danışdı. Tədbirdə YAP Gənclər Birliyinin Baş ofisinin sektor müdiri Orxan Fəxrəddinov Gənclər Birliyinin gördüyü işlərdən, Ukraynanın Vinnitsa vilayətinin Azərbaycanlı Gənclər İttifaqının sədri Adil Məmmədov isə gənclərimiz digər ölkələrdə də əldə etdikləri nailiyyətlərdən danışdılar. Konsertdə gənc mügənnilər Elnur Məmmədovun,Bahadurbəy Muradbəylinin,Zibər Zamanovanın,Taleh Məmmədovun,skpirkaçı-müğənni Elnur Rzanın ifasında müxtəlif xalq və bəstəkar mahnıları səsləndi.Repçılər Mustafa və Fəridin,kursant Fərid Agabəylinin,meyxanaçılar Namiq Cavadın və İsmət Cavadzadənin ifaları alqışlarla qarşılandı.Gitaraçı Ayxan Rüstəmoğlunun və skripkaçı Elnur Rzanın virtuoz ifalarını tamaşaçılar xüsusilə qeyd etdilər. Tədbirdə əsgərlərlə viktorina keçirilmiş,sualları düzgün cavablandıranlara qol saatları və avtoqələmlər təqdım olunmuşdur. Əsgərlər və gənclər birgə rəqs etdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Ən çox oxunanalar