Bu gün Bərdədə atıcılıq üzrə məktəblilər arasında rayon birinciliyi
keçirilib
Yarış Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus vertolyotun ermənilər tərəfindən vurulmasının 23-cü ildönümünə həsr olunub.
Birincilikdə qızlar və oğlanlar iştirak ediblər. Hər məktəbdən 4 nəfər olmaqla, ümumilikdə 200-ə yaxın şagird atıcılıq üzrə qabiliyyətini nümayiş etdirib. Birinci, ikinci və üçüncü yerləri tutan komandalar Bərdə Rayon Gənclər və Idman Idarəsi tərəfindən diplom və medallarla təltif olunub.
pia.az