Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdə kəndlərinin bərbad yolları və İlham Əzimovun qazandığı yüz minlər


Bərdənin kənd sakinləri yolların bərbad vəziyyətindən şikayətçidirlər


28 saylı Yol İstismar İdarəsinə Bərdə rayonunun kənd yollarının təmiri üçün hər il dövlət külli miqdarda vəsait ayırsa da, Bərdəninin kənd yolları sakinlərin ən dərdli yerləri qalmaqda davam edir.

Bu barədə Bərdədən PİA.AZ-a ünvanlanan şikayət məktubunda bildirilir ki, qış aylarında Bərdə rayonun kəndlərində heç cür hərəkət etmək mümkün olmur. Çünki yağış yağan kimi palçıq yollarda çoxlu sayda çalalar su ilə dolur və avtomobillə bu yollarda hərəkət etmək problemə çevrilir. Qış ayında Bərdə kəndlərinə taksi ilə getməyin qiyməti iki dəfə qalxır. Bəzi vətəndaşların Prezident aparatına, yuxarı instansiyalar şikayət ərizisəindən sonra 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov həmin ərazilərə torpaqlı qrabil tökməklə sakinlərin işini dahada çətinə salıb. Çünki torpaqlı qrabil palçığa dönür və yolda hərəkət etmək imkansız hala gəlir. Hazırda yay aylarının girməsinə baxmayaraq yenə də yollarda heç bir təmir işləri aparılmır, ya da yenə də torpağı yoldakı çalalara tökməklə pul silinir.

PİA.AZ-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, hazırda rayonun Alçadarlı, Bala Qacar, Bəcirvan, böyük Göyüşlü, Cəyirli, Çələbilər, Divanlı, Əliyanlı, Əmirli, Gərənə, Gülgəzli, Hacalı, Həsənqaya, Xanərəb, Xəsli, İkinci Nazırlı, Kətəlpapaq, Qaradğlı, Qaratəpə, Qaraqoyunlu, Qazaxlar, Mehdili, Məmmədli, Mollalar, Otuzikilər, Piyadalar, Şatırlı, Şorəli, Tağılar, Təhlə və digər kəndlərin yolları sözün həqiqi mənasında tam bərbad gündədir. Bu yollarda hərəkət edən avtomobillər isə sıradan çıxır və nəticədə hər ay avtomobil sahiblərinə ziyan dəyir.

Qeyd edək ki, 28  saylı Yol İstismar İdarəsinin xidmət göstərdiyi Bərdə rayonu ərazisində 72 km ölkə əhəmiyyətli, 247 km yerli əhəmiyyətli yol və 23 körpü mövcuddur. Yolların 122 km asfalt, 64 km qara örtüklü, 133 km isə çınqıl örtüklüdür. 

PİA.AZ-a daxil olan şikayət məktubunda göstərilir ki, 28  saylı Yol İstismar İdarəsinin müdiri İlham Mirzəyev dövlətin rayonun daxili yollarının təmiri üçün ayırdığı vəsaitləri mənimsəyir. İdarə müdirinin tək gördüyü iş yay aylarında yollarda əmələ gəlmiş çalalara torpaqlı çınqıl tökməkdən ibarətdir və bu da qış aylarında sakinlərin ciddi probleminə çevrilir. Halbuki keçən il və bu il bir çox kənd yollarına asfalt örtük çəkilməsi üçün vəsait ayrılıb. Amma həmin vəsaitin hara xərclənməsi barədə ancaq İdham Mirzəyevin sənədlərdə hansısa məlumatlar iapmaq mümkündür. Sakinlərin isə sənədlərdə çəkilən yollardan ümumiyyətlə xəbəri yoxdur.

Məlumata əsasən İlham Mirzəyev istəyən adama asvaltın 1 maşınını 70 manata satır. İstəyən hər kəs 28 saylı Yol istismar idarəsinin müdirindən bu qiymətə bitum alıb obyektinin, ya da evinin qarşısına asfalt örtük döşəyə bilir. Haldbuki, Bərdənəin daxili yollarına qulluq göstərilməsi üçün dövlət 28 saylı Yol istismar idarəsinə bitum, mazut, yanacaq, avtomobil hissələri və s. avadanlıqlar alınması üçün kifayət qədər vəsait ayrılır. İlham Mirzəyev bir tərəfdən istehsal olunan asfalt örtüyünü ayrı-ayrı adamlara satmaqla gəlir əldə edir, digər tərəfdən isə dövlətin ayırdığı vəsaitləri sadəcə sənədləşdirərək mənimsəyir. 

Məlumatda göstərilir ki, İlham Mrzəyevin sənədləri reallıq arasında yüz də yüz fərq var və hər hansı bir yoxlama bunu ilk baxışdan görür. Görür, amma Bərdə camaatının rifahı və normal həyat səviyyəsi heç kimi maraqlandırmır. İlham Mirzəyevi həmişə şəxsi gəliri maraqlandırdığı kimi, digərlərini də şəxsi qazancları maraqlandırır. Elə bu üzdəndə Bərdənin yolları xaraba və sakinləri isə əziyyət içində yaşamağa məhkumdurlar.

Daxil olan məlumatda qeyd edilir ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri Bərdənin mini oliqarxlarından biri hesab olunur və bu məmurun mal varlığı milyon manatlarla ölçülür.

Onu da qeyd edək ki, Bərdə 28 saylı Yol İstismar İdarısinin müdirir İlham Əzimovun idarənin hesabına həyata keçirdiyi çoxmilyonlu maliyyə maxinasiyalrı ilə bağlı redaksiyamıza daxil olan ilginc məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar