Bərdə rayonu, Böyük Göyüşlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanıb
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az