Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdə Mərkəzi Xəstəxanasındakı «bazar» vətəndaşları zinhara gətirib


İftixar Zeynalov Bərdədə xəstəxanalra həkimlərə haqq qoyub


Bərdə xəstəxanalarında dərman pereparatı tapmaq mümkün deyil; ötən il Bərdə Səhiyyə İdarəsinə ayrılan 700 min manatlıq dərman pereparatlarını isə görən olmayıb; görənlər isə baş həkimin apteklərində görür…

Azərbaycan Konstitutsiyasına görə bizim Azərbaycan dövləti tam bir sosal dövlətdtr. Bizdə təhsil, səhiyyə və sair sosial xidmətlərin əsas bazası pulsuzdur və hər bir vətəndaş dövlətin bu sosial xidmətlərindən istifadə etmək hüquqna malikdir. Lakin Azərbaycanda uşaq baxçasına gedəq uşaq belə bilir ki, bizim ölkəmizdə dövlətin vətəndaşa pulsuz verdiyi bütün sosial xidmətləri məmurlar pulu ediblər. Buunun səbəbi bir çox faktorlara bağlı olsa da, o da bir həqiqətdir ki, bizdə vətəndaşlara sosial xidmət verən məmurlar rüşvət korrupsiyanı özlərinin bir nömrəli vəzifələri kimi qəbul edirlər. Ən acınacaqlısı isə odur ki, dövlət sosial xidmət sahələri «ödəniş» məsələlərində heç də özəl sahələrdən geriqalmır. Əksinə vətəndaşlardan daha çox pul alır, əvəzində isə insanlarımıza daha çox əziyyət verirlər. 

Bərdə Səhiyyə İdarəsində özbaşınalıq və açıq bazar vətəndaşları zinhara gətirib. Bu barədə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Bərdədə həkimlər əvvəlcədən «ödəmə almadan» heç bir xəstəyə yaxın getmirlər. Bu sistemi isə tətbiq edən məhz Bərdədə  səhiyyə xidmətindən məsuliyyətli olan Bərdə Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalovdur. Çünki baş həkim hər bir həkimdən, hər bir şöbədən və tibb məntəqəsindən aylıq tələb etməsidir.

PİA.AZ-a müraciət ünvanlayan bir şikayətçinin bildirdiyinə görə baş həkim rayon mərkəzində fəaliyyət göstərən Uşaq xəstəxanası, Şəhər poliklinikası, Uşaq Poliklinikası və rayon Doğum evinə aylıq hesab hesab qoyub. Məlumat mənbəmiz idda edir ki, İftixar Zeynalov Uşaq Xəstəxanasının müdiri Həqiqət Ağayevadan ayda 1500, Uşaq Poliklinikasının müdiri Kamil İbrahimovdan 1000, Şəhər poliklinikasının müdiri Mehdi Mehdizadədən 1000, Doğum evinin müdiri Rahillə Məhərrəmovadan isə ayda 2000 min manat alır. Baş həkimin aylıq hesabı kənd həkim tibb məntəqələrinədə aiddir. Amma bu barədə növbəti yazımızda məlumat verəcəyik.

Bildirilir ki, Bərdə Uşaq Xəstəxanasında adi bir səviyyədə göstərilən tibbi xidmətlərə görə vətəndaşlardan rüşvət alınmaqla bərabər, həmçinin xəstəxanada yatan vətəndaşlara məcburi  dərman preparatları aldırılır.  Rayon Mərkəzi Xəstəxanasında cərrahiyə əməliyyatı aparan həkimlər baş həkimə aldıqları hesabın 30 faizini çatdırmaq məcburiyyətindədirlər. Baş həkim özünə yaxın bir neçə həkimə UZİ aparatı gətizdirərərək onlardan hər ay ondan 1500 manat hesab aldığı da bildirilir. 

Daxil olan məlumata gbrə dövlət tərəfindən Bərdə Mərkəzi Xəstəxanasına verilən 700 min manatlıq dərman və sarğı pereparatalarının böyük bir hissəsi məhz İftixar Zeynalov tərəfindən rayonda və paytaxtın müxtəlif apteklərində satdırılır.

həmçinin dövlət qeydiyyatında olan xəstələrin əksəriyyəti Mərkəzi xəstəxananın verməli olduğu dərman pereparatlarını almırlar və bu dərmanlar baş həkimin adamları tərəfindən mənimsənilir. Həmçinin rayonda qeydiyyatda olan olan bir çox xəstələrin sayının şişirdildiyi və həmin şəxslərə dövlət tərəfindən təqaüd verildiyi üçün bu şəxslərin adların yazdırılan dərmanlarda apteklərdə satışa çıxarılır.

Apardığımız araşdırmada məlum oldu ki, Bərdə rayonu üzrə təxminən 1400 nəfər güzəştli kateqoriyadan olan xəstələr var. Səhiyyə və Maliyyə nazirliklərinin 27 fevral 2007-ci ill tarixli birgə əmrinə əsasəndövlət xəstəxanalarında  141 adda dərman pulsuz olaraq güzəştli kateqoriyalı xəstələrə verilməlidir. Eyni zamanda Səhiyyə Nazirliyinin 2005-ci il tarixli 141 nömrəli əmrinə əsasən  xəstəxanaların bütün şöbələrində təcili tibbi yardım üçün 60 adda dərman və 23 adda tibbi ləvazimatlar  vətəndaşlara verilməli və tibb məntəqələrində mütləq şəkildə olmalıdır.  Amma Bərdə rayonunun xəstəxanalarında, kənd tibb məntəqələrində heç bir vətəndaşa pulsuz dərman pereparatları verilmir.

Bildirilir ki, baş həkim kənd, tibb məntəqlərinin adlarına dərman pereparatları yazdırsada, Bərdə kəndlərindəki səhiyyə ocaqlarında bir dənədə dərman pereparatı tapmaq mümkün olmur. Məhz bunun nəticəsidir ki, rayon səhiyyə idarəsinin müdiri İftixar Zeynalov  Bərdədə ən varlı məmurlardan biri hesab olunur.

Qeyd edək Bərdə xəstəxanası ilə bağlı redaksiyamıza daxil olan ilginc məlumatları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar