Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benzinin qiyməti qalxdı, bəs keyfiyyəti nə vaxt düzələcək?


Ötən ay benzinin qiymətinin artmasından sonra əhalinin yanacaqdoldurma məntəqələrindən olan şikayətləri daha da artmağa başlayıb


 Belə ki, vətəndaşlar qiymətlərin qalxması bəs deyilmiş kimi yanacağın keyfiyyətinin də aşağı olmasından şikayət edirlər. 

Sürücülərin sözlərinə görə, məntəqələrdə benzinə qaz qatılır, 20 AZN-lik benzin vurulmasını istəyən sürücünün maşınına 20 litrlik benzin vurulur və s. Problemlə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.

VHPOr6lU2/KA4zHieaqOMDT8mb/TwYOQ580IXNfL7ji/rijtLiOTWuJ5zo0cmjktQ7F3n8PVb+muR6saShCMP2ed7t/S97iDDangxx9AvlUumTzk+pSIXS+bxV3ap1ISUIQakDNVxKirmXoQhAxOiZMujmIQhBLLmwIFvqqtV8WQhMzqVOdSpnCLJUKaqITp5rVtx6xfhqU8Bl9EqFlkvFqmyWwwdEIQiIr//2Q==" alt="Image result for eyyub huseynov">

Ekspert "Qaynarinfo"ya açıqlamasında bildirdi ki, bu kimi şikayətlərlə onlar da tez-tez qarşılaşır: 

"Bizə də benzinin keyfiyyətsiz olması, az vurulması, yanacaq dolduran şlanqların içərisində 3-4 litrə qədər benzin qalması və s. şikayətlər gəlir. Çox təəssüf ki, bu sahədə ümumiyyətlə şəffaflıq yoxdur. İstehlakçılar öz hüquqlarını müdafiə edə bilmirlər. Haqqını tələb etmək üçün istehsalçını tapa bilmirlər. Yanacaqdoldurma məntəqələrində açıq şəkildə qoyulmuş menzurka olmalıdır. Vətəndaş bu yolla yanacağın miqdarını müəyyənləşdirə bilməlidir. Hazırda yanacaqdoldurma məntəqələrində benzin qablarının dibində nə qədər su, nə qədər çirkli yanacaq var. 

Buna görə də tez-tez maşının injektorunun xarab olması ilə bağlı şikayətlərimiz olur. Problemin həllinə nəzər salsaq, görərik ki, ölkədə effektli istehlak siyasətini, istehlakçıların aldığı məhsula zəmanəti təmin edən, hüquqlarını qoruyan heç bir qanun yoxdur. Çox təəssüf ki, ölkədə yalnız biznesə, istehlakçını soymağa xidmət edən qanunlar möhkəmləndirilir. Buna görə də Azad İstehlakçılar Birliyi bu məsələyə aydınlıq gətirə bilmir". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar