Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəlkə bundan sonra?...


Hüseynbala Səlimov yazır


Heç kim inanmazdı ki, Ermənistan sosial böhrandan belə bir nəticə ilə çıxacaq. Elektrik tariflərini artıran şirkətin Rusiya şirkətinin tərkibində olması belə ehtimallar yaradırdı ki, Rusiya öz şirkətinə tarifləri aşağı salmağı diqtə edəcək. Amma axırı nə oldu?..

Rusiyadan Ermənistana yeni silah partiyası satılması və ya verilməsi haqqında xəbərlər yayıldı. Hətta deyildi ki, Rusiya guya Ermənistana “İsgəndər” tipli yeni raket kompleksi ötürmək niyyətindədir...

Maraqlıdır, görən, ac ermənilərin raket kompleksi nəyinə lazımdır? Bəlkə onu satıb özləri üçün ərzaq alacaqlar?..

Amma burada Ermənistanın payına bir yamanlıq düşürsə, Rusiyanın payına bundan ikisi düşür. Biz Rusiya haqqında dəfələrlə yazmışıq. Onu da başa düşürük ki, Azərbaycan Rusiyadan çəkinir. Amma hansısa formada Rusiyanın diqqətinə çatdırmaq olardı ki, Ermənistanın silahlandırılması bölgədə müharibə riskini daha da artırır, Azərbaycanın maraqlarına cavab vermir. Bir dəfə, bəli, heç olmasa, bir dəfə bunu etmək olardı...
Rusiyanın cavabını bilirik. Amma son müşahidələr göstərir ki, Rusiya heç də Azərbaycanın ona münasibətinə etinasız deyil...

Bizdə RusiyaAzərbaycana dost ölkə kimi təqdim edirlər. Doğrusu, bilmirik, Rusiya kimin dostudur? Bizim hakimiyyətin, yoxsa Azərbaycanın?..

Sonuncu prezident seçkiləri ərəfəsində Azərbaycan Rusiyadan böyük bir partiya silah almaq haqqında qərar verdi. Bu məsələnin inkişafını bilmədik və o vaxt da belə bir fikirlə razılaşdıq ki, əslində bu seçki ərəfəsində Rusiyaya böyük bir siyasi hədiyyə idi...

İndi görün hansı mənzərə yaranır? Biz Rusiyadan silahı pulla alırıq, Ermənistan isə onu Rusiyadan az qala hədiyyə kimi qoparır. Rusların belə bir assimmetrik münasibəti necə izah edəcəyi bizə bəllidir...

Onlar bunu belə izah edirlər ki, Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdü, Azərbaycan isə yox. Hətta Avropa oyunlarının gedişində Kollektiv Təhlükəsizlik Təşkilatının başçısı hansısa səbədən bəyan etməyi vacib bildi ki, Ermənistanın təhlükəsizliyinə problem yaranacağı təqdirdə Rusiya bunu cavabsız qoymayacaq. Bəli, sanki biz bunu bilmirdik? Ötən dəfə yazmışdıq ki, “atan kazaklardır” deyimi indi də aktuallığını itirməyib... 

Bizim insanlar sərhəd rayonlarında məhz Rusiyanın ucbatından rahatlıq tapa bilmirlər. Ona görə ki, Ermənistan silah-sursatı özü alsaydı hər güllənin sayını bilərdi. Onların silah almağa vəsaiti haradadır? Ona görə də gülləni kimin atması yox, bu gülləni kimin verməsi bəzən daha çox aktuallıq kəsb edir. Elə o səbəbdən bu savaş teatrının əsas rejissoru Rusiyadır...
Bizim hakimiyyət üçün daha çox onun özünə münasibət önəm kəsdb edir. Qərb bunları tənqid etdiyindən ölkədə rəsmi anti-qərbçilik pik həddindədir və bundan biz yalnız təəssüf hissilə danışırıq...

Burada ona görə “rəsmi” sözünü əlavə edirik ki, cəmiyyətdə, insanlar arasında belə bir ovqat duyulmur. İnsanlar qətiyyən Qərbə qarşı deyillər. Sadəcə, bütün telekanallar istisnasız olaraq hakimiyyətin nəzarətində olduğundan belə bir təəssürat yaranır ki, guya hamı belə düşünür. Amma əslində belə deyil və biz cəmiyyəti qətiyyən anti-qərbçilikdə qınaya bilmərik...
Avropa oyunlarına təşrif buyuran rusiyalılar dedilər ki, onlar hər yerdə özlərinə qarşı xoş münasibət müşahidə etdilər. Biz buna da şübhə etmirik və belə hesab edirik ki, istənilən fobiya zərərlidir...

Amma arabir Rusiyanın siyasətinin nəticələrini onların diqqətinə çatdırmaq və bunu diplomatik kanallarla etmək lazımdır. Yoxsa çox qəribə situasiya yaranır: Qarabağ probleminin arxasında Rusiya dayanır, amma ölkədə qınanan Qərb olur! Özü də bu situasiya neçə illərdir ki, davam edir və biz belə vəziyyətdən yalnız təəssüf duyuruq...

Güman etmək lazım deyil ki, biz Rusiya ilə həmişə aşağı-minnət tonunda danışmalıyıq. Mən başa düşürəm. Hakimiyyətin öz problemləri var. Və həmin o problemləri həll etmək üçün o, hətta ümummilli maraqların diqtə etdiyi hüdudlardan da bir az geri çəkilmək məcburiyyətindədir-bəli, Azərbaycandakı bütün seçkilərin nəticələrini ilk tanıyan ölkələrdən biri Rusiya olur. Ona görə də hakimiyyət belə bir “siyasi partnyor”u itirmək istəməzdi...
Amma bu, nə vaxta qədər davam edə bilər? Belə getsə, Rusiya bizə silahı satacaq və onun bir nüsxəsini də Ermənistana hədiyyə edəcək. Biz də hər dəfə bunu cavabsız qoyacağıq... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar