Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədrini yaralamış məmur gəncəlilərə zülm edir - Şikayət

Gəncə şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev şəhərin Həsən Əliyev küçəsində yaşayan ailələrə "gün verib, işıq vermir"


O, plana düşən ərazidə yaşayan ailələri zorla evlərindən köçürtməyə çalışır, etiraz edənlər isə onun göstərişi ilə polis əməkdaşları tərəfindən tutularaq bölməyə aparılır.

Bu barədə Gəncə şəhər Həsən Əliyev 192 ünvanında yaşayan Aslanova Məlahət Musa qızının "Qaynarinfo"ya ünvanladığı şikayət məktubunda bildirilir.

Şikayətçi deyir ki, artıq Məharət Mustafayevin əməllərindən təngə gəliblər. Məlahət Aslanova bildirir ki, bu səhər polis əməkdaşları həyat yoldaşını zorla bölməyə aparıblar:

"Yaşadığımız evlər plana düşdüyü üçün bizi evimizdən çıxartmağa çalışırlar. Sənədli, sübutlu evimizdi, nə bildiriş təqdim edirlər, nə də ki, normal kompensasiya ödəyirlər. Məharət Mustafayev bizi zorla evimizdən çıxartdırmağa çalışır, biz də mümkün qədər mübarizə aparırıq. Bir həftə əvvəl qazımızı kəsmişdilər əhəmiyyət vermədik, bu gün səhər də gəlib işığımızı kəsdilər. Yoldaşım onlara mane olmağa çalışdığı üçün Məharət Mustafayev polisləri çağırdı və yoldaşımı götürüb bölməyə apardılar, işığımızı da kəsib yerə atdılar. Yaşadığımız yer şəhərin mərkəzidir. 50-yə yaxın ev var. Hamını məcburi şəkildə şəhərin lap kənarındakı aliminium zavodunun yanına köçməyə məcbur edirlər. Orada tiktikləri evlər çox bərbad vəziyyətdədir, nə qapısı var, nə də hasarı. Həmçinin zavod işləyən vaxtı zəhərdən nəfəs almaq mümkün olmayacaq. Bizim kimi çox adam var. O gün başqa bir qonşunu bölməyə aparmışdılar, bu gün də mənim yoldaşımı apardılar".

Qeyd edək ki, M.Mustafayev daha öncə Gəncə şəhər Nizami rayonunun icra başçısı vəzifəsində çalışıb. Onun adı bu tipli insidentlərdə ilk dəfə hallanmır. O, hələ RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb (bu barədə mətbuatda da kifayət qədər yazılıb). Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş Məharət Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar