Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədri nazirə qarşı kampaniyada


İlham Xəlilov Ziya Məmmədovdan qisasını mətbuat vasitəsi ilə almağa başlayıb


Azərbaycanda seçki ilə deyil, tapşırıq və pulla bələdiyyə sədri seçilmiş şəxslərin böyük əksəriyyəti, milyonlara sahib olmaq üçün bütün imkanlarını səfərbərliyə alıblar. 

Bələdiyyə sədrləri içində elələri də var ki, onların hədəfləri daha böyükdür. Hətta icra başçısı və ya onun müavini olmaq istəyənlər də az deyil. 

Gələn xəbərlərə görə, Biləcəyi bələdiyyəsinin sədri İlham Xəlilov da bu iddiada olanlardan sırasındadır. Sadəcə, onun hədəfində olan əsas fiqurlardan biri ölkənin ən iri oliqarxlarından sayılır. Üstəlik, həmin şəxs həm də nazirdir. 

İlham Xəlilovun hədəfində olan şəxs nəqliyyat naziri Ziya Məmmədovdur. Onun nazirlə yola getməməsinin səbəbi heç də torpaq və ya pul üzərində deyil. Əksinə, bələdiyyə sədri nazirdən vaxtıyla çalışdığı sahədən qovulmasının qisasını almağa çalışır. 

Məlumatda iddia olunur ki, İlham Xəlilov bir müddət vağzal direktoru işləyib. Lakin orada çalışdığı dönəmdə nəqliyyat naziri Ziya Məmmədovun göstərişi əsasında işdən çıxarılıb. Özü də «işdə yol verdiyi ciddi nöqsanlara görə» maddəsi ilə. Həmin dönəmdən sonra bələdiyyə sədri olan sözügedən şəxs əlinə düşən fürsətdən yararlanaraq, nazir qarşı kampanya aparmağa başlayıb. 

Niyyətini həyata keçirmək üçün İlham Xəlilov qısa müddətdə mətbuatda bir neçə adam taparaq, onların əliylə Ziya Məmmədov haqqında ilginc məlumatlar yaydırır. Ardından isə bu məlumatların daha geniş auditoriyanı əhatə etməsi üçün yenə həmin mətbuat işçilərinin imkanlarından yararlanır. Və bu zaman bir qədər də pul xərcləyir. Məlumatlarda iddia edilir ki, Biləcəri qəsəbəsinin bələdiyyə sədri mütəmadi olaraq mətbuata Ziya Məmmədovla bağlı məlumatlar sızdıraraq, işdən çıxarılmasının qisasını almağa cəhd göstərir. 

Qarşı tərəfi də dinləməyə hazırıq.(jam.az) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar