Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə seçkilərinə qatılan müxalifət partiyalarını peşman etdilər


Yerli icra hakimiyyətləri namizədlərə təzyiq edir


Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Artıq namizədlərin qeydə alınması prosesinin bitməsinə 1 həftədən az müddət vaxt qalıb. Ölkəmizin demokratik düşərgəsi bu seçkilərə ciddi yanaşmır. Bəzi partiyaları çıxmaqla, əksər aparıcı siyasi qüvvələr prosesi kənardan müşahidə edir.

İddiaçıların qeydiyyat proseslərinə süni əngəllər yaradılması ilə bağlı xəbərlər yayılıb. Müsavat Partiyası seçkilərdə iştirakla bağlı üzvlərinə sərbəstlik verib. Amma bununla belə, partiyanın namizədlərinin qeydə alınmasına maneələr yaradılır. Partiya başqanının müavini Elman Fəttah əsasən, rayon təşkilatlarında bu halların yaşandığını bildirdi: “Biz müntəzəm olaraq rayon təşkilatları ilə əlaqə saxlayırıq. Artıq bizə məlumatlar çatır ki, bir sıra rayon təşkilatlarında namizədlərin qeydə alınmasında ciddi problem yaradılır. Əsasən Mingəçevir, ZaqatalaŞəki təşkilatlarından bizə təəssüfləndirici xəbərlər gəlir. Artıq rayonlarda zona müşavirələrimizi başa çatdırmaq üzrəyik. 

Noyabrın 23-də ümumrespublika müşavirəsi keçiriləcək. Orada bu məsələ ciddi müzakirə olunacaq. Bildiyimiz kimi, həmin vaxt  namizədlərin qeydə alınması prosesi başa çatır. Bələdiyyə seçkiləri vətəndaşların proseslərə aktiv qoşulmasında mühüm rol oynaya bilər. Hakimiyyətin belə əngəllər yaratmaqda məqsədi vətəndaşları bu proseslərdən kənarda qoymaqdır. Bütün bunlar bir daha ölkədə sağlam seçki mühitinin olmamasından xəbər verir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də qeydiyyat prosesi ilə bağlı narazılığını dilə gətirdi: “Namizədlərin irəli sürülməsində ciddi problemlər yaradılır. Biz onların siyahısını MSK-ya vermişdik. Təəssüf ki, MSK bu siyahıları icra hakimiyyətlərinə verib. Bu qurum isə namizədlərimizə iddialarını geri götürmələri ilə bağlı ciddi basqılar edirlər. 4 mindən artıq namizəd müəyyən etmişdik. Hələ qeydiyyatdan neçə nəfərin keçməsi ilə bağlı  dəqiq məlumatımız yoxdur. Rayonlar var ki, 30-40 nəfər iddiasını irəli sürüb. Cəmi 4 nəfərə imza vərəqələri verilib. Hətta 61 nəfərin namizədliyi verilən yerlər var ki, 5 nəfərə imza vərəqələri veriblər. Onlara ciddi təzyiqlər  edirlər. Yəni durum olduqca acınacaqlıdır. Bunlar hakimiyyətin ölkədə seçki mühitini tamamilə boğmaq istəyindən irəli gəlir. Seçki aktiv vətəndaş deməkdir. Hakimiyyət vətəndaşların proseslərə qatılmamasına çalışır”.

KXCP sədrinin müavini Xəzər Teyyublu artıq imza vərəqələrinin toplandığını və namizədlərin qeydə alınması mərhələsində olduqlarını qeyd etdi: “Artıq imza vərəqələrini toplamışıq. Qeydə alınma mərhələsindəyik. Namizədliyim artıq Nərimanov ərazisindən qeydə alınıb. Amma yerlərdə xoşagəlməyən situasiyalar yaşanır. Namizədlərimiz ciddi problemlər yaşayırlar. Bir faktı qeyd edim ki, 67 saylı Cəlilabad seçki dairəsindən təşkilatımızın sədrinin namizədliyinə  DSK-nın sədri açıq şəkildə mane olur. Bildirir ki, icra hakimiyyəti ilə razılaş və sonra namizədliyini irəli sür. Bu, özbaşınalıqdır. Bununla bağlı MSK-a müraciət edəcəyik. Bütün bunlar göstərir ki, rayon icra başçılarına bu məsələyə birbaşa müdaxilə etməyə şərait yaradılıb. Biz sona qədər qanunvericiliyə uyğun hərəkət edəcəyik. Biz bu seçkilərdə nüfuzlu insanların namizədliyini irəli sürmüşük. Maneələr olmasa, qələbə qazanmaq şanslarımızın yüksək olduğu qənaətindəyəm. Bütün bu əngəllər bələdiyyələrə tam nəzarətin hakimiyyətin əlində olmasına hesablanmış addımlardır. Bunların qarşısı dərhal alınmalıdır”.

VHP İcra Aparatının rəhbəri Samir Əsədli digər partiyalara yaradılan problemlərin onlara da şamil olduğunu söylədi: “Biz VHP olaraq bu seçkilərdə aktiv şəkildə iştirak edirik. Dairələr üzrə səlahiyyətli nümayəndələrimizi müəyyənləşdirmişik. Xeyli sayda namizəd irəli sürülüb. İmza vərəqələrini alanlar da var, namizədliyi qeydə alınanlar da. Bir sıra rayonlarda iddiaçılara qarşı ciddi təzyiqlər var. Xüsusilə, icra hakimiyyətinin nümayəndələri seçki prosesinə mane olur, namizədlərə təzyiqlər edirlər. İnsanları qorxutmağa çalışırlar. Müxalifət partiyalarının namizədlərinin olmaması üçün əllərindən gələni edirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar