Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə seçkilərində müxalifət sıxışdırılır


Partiyalar qanunsuzluqları qeydə alır və hesabatlar hazırlanır


Ölkədə keçiriləcək bələdiyyə seçkiləri müxalifət təmsilçilərinin hüquqlarının total şəkildə pozulması ilə gündəmə gəlir. Namizədliyini verən müxalifət təmsilçiləri sıxışdırılır, onlara görüşlər üçün normal yerlər ayrılmır, həmçinin görüşlərə müxtəlif üsullarla maneçilik törədilir. 

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirir ki, namizədlərin təbliğat-təşviqat kampaniyası normal səviyyədə getmir: “Hətta namizədlərin görüşlərinə də mane olurlar, keçirilməsi üçün maneçilik törədirlər. Konkret olaraq rayon icra hakimiyyətləri namizədlər üçün yer ayırmalı olsa da, bu yerlər çox zaman uyğun olmur. Həmçinin görüşlərə əngəl yaradılır”.





X.Teyyublunun sözlərinə görə, dekabrın 14-də Sumqayıtda 8 KXCP üzvünün seçicilərlə görüşünə maneçilik yaradılıb: “Nizami adına Mədəniyyət Sarayında görüş olmalı idi, görüşə icazə verilsə belə, icra hakimiyyəti baş tutmasına maneçilik yaratdı. Bu məsələ ilə bağlı İdarə Heyətinin toplantısında müzakirə olacaq, ortalığa mövqe qoyulacaq”.
O deyib ki, bələdiyyə seçkilərində partiya 500-dən çox namizəd irəli sürsə də, təzyiqlər nəticəsində qeydə alınanların sayı az oldu: “Müxtəlif əngəllər, təzyiqlər törədildi, namizədlərin özlərinə, ailə üzvlərinə qarşı təzyiqlər oldu. Namizədlərin çoxunu qeydiyyata almaqdan imtina etdilər. Ancaq hazırda yüzdən çox bələdiyyə subyektlərinə namizədimiz var”.






Ümid Partiyasının sədr müavini Taleh Əliyev isə bildirib ki, seçki kampaniyası bütövlükdə uğurlu olmayıb: “Həm namizədlərin qeydə alınması, həm seçkiqabağı təşviqat kampaniyası zamanı baş verənlər onu deməyə əsas verir ki, seçki azad və ədalətli keçirilməyəcək. Hesab edirik ki, baş verən qanunsuzluqlardan, pozuntulardan sonra sonunda seçki ədalətli hesab olunmayacaq. Cəmi 140 namizədimizin qeydiyyatı baş tutub. Halbuki dörd min üzvümüz namizədliyini vermişdi. Onlar müxtəlif bəhanələrlə seçkidən kənarlaşdırıldılar. Ümid ilin əvvəlindən seçkiyə hazırlaşırdı. 

Ayrı-ayrı bölgələr üzrə tədbirlər keçirilmişdi, seçki ilə bağlı bir neçə böyük tədbirimiz baş tutmuşdu. Yüksək səviyyədə hazırlaşmışdıq. Amma rəsmən seçki kampaniyası başlayanda maneçiliklər başladı. Biz pulsuz efir vaxtı üçün 551 nəfərlik siyahı hazırlayıb təqdim etdik və bundan sonra yerlərdə nümayəndələrimizə qarşı polis, bələdiyyə sədrləri və icra hakimiyyəti başçıları tərəfindən təzyiqlər başladı. Təzyiqlər total surətdə baş verdi və nəticədə hakimiyyətin təzyiqləri nəticəsində namizədlər geri çəkilməyə başladılar. Ancaq partiyanın siyasi kursu seçki prosesindən kənarda qalmamaq olduğuna görə, biz seçkidə iştiraka qərar verdik. Təşviqat dönəmində də namizədlərimiz üçün normal şərait yaradılmadı, görüşlər üçün uyğun olmayan yerlər təklif olundu. Amma qarşıdakı mərhələyə, seçki gününə də hazırlığımızı davam etdiririk. Seçki günündən sonra bütün bu məsələlərə ümumi münasibətimiz olacaq".




Müsavat başqanının müavini Elman Fəttah da qeyd edib ki, seçkiyə qatılan rayon təşkilatı təmsilçilərinin sayı 15 nəfərdən çox deyil: “Bütövlükdə respublika üzrə 15 nəfərin namizədliyi qeydə alınıb. Müsavat seçkiyə partiya şəklində getmir, sərbəst şəkildə iştirakdır. İyirmiyə yaxın şəxsin isə namizədliyi qeydə alınmayıb. Bütövlükdə namizədlərin qeydə alınması prosesi qanun pozuntuları ilə keçib, bununla bağlı bizdə əsaslı faktlar var, toplanıb. Digər məsələ isə odur ki, MSK sədrinin də etiraf etdiyi məsələ bundan ibarətdir ki, Azərbaycan xalqının seçkiyə diqqəti həddindən artıq aşağıdır”.
O bildirib ki, Müsavat Partiyası bələdiyyə seçkiləri ilə bağlı hesabat hazırlamağa hazırlaşır: “Həm təbliğat-təşviqat kampaniyası zamanı olan qanunsuzluqlar, həm seçki günü olacaq proseslər hesabatda əksini tapacaq”.

Qeyd edək ki, ölkədə bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçiriləcək. Hazırda 1607 bələdiyyə var.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar