Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar


Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi "Berlin Masters" adlı "Challenge" seriyasına aid Dünya Kuboku başa çatıb


PİA.AZ xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yola saldığımız həftəsonu gimnastikanın əz zərif nümayəndələri üçün yaddaqalan olub. Belə ki, 7-9 iyul tarixlərində keçirilmiş yarışlarda ölkəmizi qrup hərəkətləri komandasının tərkibində təmsil etmiş Ayşən Bayramova, Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva hər iki kompozisiyada final mərhələsinə yüksəlməyi bacarıblar. Həlledici mərhələdə isə 3 top / 2 iplə çıxışları onlara bürünc medal qazandırıb. 1-ci və 2-ci yerlərdə isə müvafiq olaraq Rusiya və Ukrayna təmsilçiləri qərarlaşıb. Bədii gimnastlarımızın digər final çıxışı gürzlərlə olub. Onlar bu nümayişə görə hakimlərdən 16.100 xal alaraq, 5-ci yerlə kifayətləniblər. Çoxnövçülükdə isə qızlarımız medalın bir addımlığında, 4-cü yerdə qərar tutublar.

Fərdi proqramda isə Zöhrə Ağamirova və qrup komandasının öndə gedən üzvlərindən biri Ayşən Bayramova da yer alıb. Uzun fasilədən sonra yenidən fərdi gimnast kimi özünü sınayan Ayşən lentlə final çıxışında 8-ci, çoxnövçülükdə isə 18-ci olub. Komanda yoldaşı Zöhrə isə çoxnövçülükdə 14-cü pillədə qərarlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar