Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baytarlıq idarəsi Sumqayıtda reketlik edir – Video


Məşhur bir misal var: keçi can hayında, qəssab piy axtarır


Söhbət referendum günü Sumqayıtdakı şadlıq evlərindən yoxlama adı ilə pulyığma əməliyyatından gedir.

 Belə ki, ümumxalq səsverməsi günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sentyabrın 1-dən məzuniyyətdə olan terapevt-baytar həkimi Qalib Süleymanov biabırçılığa imza atıb.

O, şəhərdə fəaliyyət göstərən “Tural” şadlıq evinə gələrək Tərlanın (şadlıq evinin müdiri) işdə olmasını soruşub. Sonra mətbəxdə işçilərin qarşısında bir baş doğranmış quzu cəmdəyinin sənədi olmadığı üçün pul istəyib. Ona verilən 20 manata qalığı qaytarmağa xırda pulu olmadığını deyib. Q.Süleymanov 10 manatla razılaşmayıb, 15 manat tələb edibmiş. Rəzalətdir! Ən qəribəsi də budur ki, Qalib həkimin hansı ekspertiza işlərini yerinə yetirdiyi məlum deyil.

Görünür, Sumqayıt şəhər Baytarlıq İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Elman Aslanov məzuniyyətdə olan Qalib həkimə “get daşdan pul çıxar” əmrini veribmiş. E.Aslanov vəzifəni əlinə keçirən kimi “qaz vurub, qazan doldurmaq” sevdasına düşüb. Özü də referendum günü başlayıb. Artıq bu faktla bağlı redaksiyamıza video görüntülər təqdim olunub. Ümid edirik ki, kənd təsərrüfatı naziri Heydər Əsədov kadrlara baxanda tabeliyində işləyənlərin yığdıqları pulların kimə çatacağını araşdıracaq.(politika.az)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar