Martın 20-də Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər vəfat edib
Dünən ölkə yollarında ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ölən şəxslərdən başqa daha 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən hadisələr Ağsu, Goranboy və Biləsuvar rayonunda qeydə alınıb. Hər 3 hadisədə avtomobillər piyadanı vuraraq öldürüb.
pia.az