Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram günləri Pirşağı qəbiristanlığına gedən yolu zibilxanaya çevirdilər


Bayram günləri Pirşağı qəbiristanlığına yaxınlarının məzarını ziyarətə gedənlər gördükləri mənzərədən şoka düşüblər. Pirşağı dəmiryolu stansiyasının qarşısından məzarlığa qədər ərazi zibilliyə çevrilib. Nəticədə qəbiristanlıq özü isə sahibsiz heyvanların məskəninə dönüb


Bu barədə virtualaz.org saytına Pirşağı sakinləri məlumat veriblər. 

Onların sözlərinə görə, məzarların arasında uşaq bezindən tutmuş meyvə-tərəvəz qalıqlarına qədər hər cür tullantı olub. “Tullantılar vaxtlı-vaxtında daşınmır. Üstəlik yalnız yaxınlıqda yaşayanlar deyil, ətraf məhəllələrdən də bura zibil gətirib atırlar. Sahibsiz itlər isə tullantıları qəbiristanlıq ərazisinə daşıyır”,-sakinlər deyiblər.

Pirşağı dəmiryolu stansiyasının qarşısında zibillə yüklənmiş vaqonlar var. Dəmiryolu xətlərinin üzərinə də tullantılar atılıb. Yaxınlıqdan keçənlərdən zibillə yüklənmiş vaqonlar barədə suallarımıza cavab ala bilmədik. Bir çoxları artıq neçə ildir ərazinin ikinci “Balaxanı zibilxanası”na çevrildiyini dedi.

Bayram günlərində qəbiristanlığa gələnlər ərazini zibilliyi yandırmaqla təmizləyib. Amma stansiyanın ətrafı hələ də zibillikdir.






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar