Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden dünyanı Rusiyanın təcavüzünə müqavimət göstərməyə çağırıb

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynaya səfəri zamanı dünya ictimaiyyətini Rusiya rəhbərliyinin aqressiv hərəkətlərinə qarşı birləşərək müqavimət göstərməyə çağırıb


"Rusiya sizin nailiyyətlərinizi, təhlükəsizliyinizi və ərazi bütövlüyünüzü müxtəlif cəhdlərlə pozmağa çalışır. Təbliğat hücumları və iqtisadiyyatınızda sabitliyi pozmaq cəhdləri davam edir. Ukraynanın istənilən Avropa ölkəsi kimi öz yolunu seçmək hüququ var. Lakin Rusiya buna etiraz edir", - deyə postunu tərk etməkdə olan ABŞ-ın vitse prezidenti Kiyevdəki brifinqdə bildirib.

Bidenin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar rəsmi Moskva Minsk razılaşmasında yer alan öhdəlikləri tam yerinə yetirməyənə qədər saxlanılmalıdır.

Ukrayna prezidenti Petro Poroşenko qeyd edib ki, Rusiyanın təcavüzü Ukrayana kimi ABŞ üçün də təhlükə yaradır.

"Rusiya Donbass və Krımın bir hissəsini ələ keçirərək Ukrayna ərazisini işğal edib. Krım - Ukraynadır və biz yeni administrasiya nümayəndələrinə açıq-aşkar bu mövqedə dayandıqlarına göqə minnətdarıq ", - deyə Poroşenko bildirib.

Rusiya rəhbərliyi Ukrayna məsləsinin artıq ABŞ-ın yeni administrasiyası ilə müzakirə etmək niyyətində olduğuna işarə vurub.

"Sözsüz ki, Ukrayna məsləsinin gələcəkdə Rusiya-ABŞ dialoqunun bir hissəsi olacağını böyük inamla ehtimal etmək olar", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla yanaşı Peskovun fikrincə, Ukrayna böhranı başladıqdan sonra heç də bütün Qərb ölkələrinin Rusiya ilə münasibətləri pozulmayıb.

Ötən həftə ABŞ prezidenti Barack Obama administrasiyası 2014-cü ilin martında Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.

ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ən azı bir müddət saxlanacağını qeyd edib.

"Rusiya terrorla mübarizədə və ABŞ üçün vacib məsələlərin həllində öz faydasını sübut edəcəyi təqdirdə sanksiyalar ləğv edilə bilər", ABŞ-ın yeni prezidenti açıqlamasında belə deyib (musavat.com).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar