Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başqasının “WhatsApp” yazışmasını oxumağın yolu tapıldı


Kriptoqrafiya üzrə alman mütəxəssisləri “WhatsApp” tətbiqinin şəxsi çat qruplarına daxil olmağın yolunu müəyyən edib


Oxu.Az xəbər verir ki, bu barədə “The Wired” məlumat yayıb.

Araşdırmalar göstərir ki, tətbiqin serverlərinə girişi olan istənilən istifadəçi administratorun icazəsi olmadan şəxsi çat qruplarına yeni istifadəçilər əlavə edə bilər.

Yeni istifadəçinin əlavə olunmasından sonra həmin istifadəçi bütün gələcək yazışmalarla tanış olmaq imkanı qazanır.

Qeyd edək ki, “WhatsApp”da “end-to-end” prinsipli şifrələnmə sistemindən istifadə  olunur. İstifadəçilər, o cümlədən şəxsi çat istifadəçiləri arasında gedən bütün yazışmalar, serverlərdə deyil, istifadəçilərin qurğularında saxlanılır. “The Wired” qeyd edir ki, serverlərə yalnız şirkət əməkdaşları, hökumət adamları və ən öncül hakerlər daxil ola bilər.

“Facebook”un (“WhatsApp”a da sahibdir - red.) təhlükəsizlik xidmətinin rəhbəri “Twitter” hesabında bildirib ki, çat qrupunun  iştirakçıları yeni iştirakçılar əlavə edildikdə bu barədə bütün iştirakçılar bildirişlə məlumatlandırılır və onlar bu halda həmin şəxslə söhbəti davam etdirib-etdirməməyə özləri qərar verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar