Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş redaktorlar manatdan danışdılar


Manatın ucuzlaşması sizə necə təsir etdi?


"Mərkəzi Bank bunu daha ağrısız şəkildə edə bilərdi"


Image result for Aqil Ələsgər

Aqil Ələsgər: "Әslində manat dolların qarşısında çoxdan qan itirirdi və son hadisə məlumun elanı oldu. Mərkəzi Bank bunu daha ağrısız şəkildə edə bilərdi. Fəqət toxun acdan xəbəri olmadığı üçün gənclər üçün nəzərdə tutulan ipoteka kreditlərində yüksək faizdə israr edən Mərkəzi Bank bu dəfə də xalqı düşünmədən addım atdı. Bunun hamıya çox ciddi təsiri olacaqdır. Bahalaşmanım təsirinə məruz qalanların böyük bir bölümü iş sahibləri olacaqdır. Çünki işçi haqlı olaraq maaş artımı istəyəcəkdir. Buna gücü olmayanlar ciddi problemlə qarşılaşacaqlar. Yəni, BDU-nun imkanları var ki, maaşları artırsın, bəs bu gücü imkanı olmayanlar nə edəcək? Bu səbəbdən də bu məsələyə köklü əlac edilməsə, bizi çox ciddi problem gözləyir. Yaxşı olardı ki, Mərkəzi Bank iqtisadi problemləri millətin üzərindən həll etməsin".

"İtirәcәklәrimizin hesabını bundan sonra hiss edәcәyik"



Image result for zahir Əzəmət

Zahir Əzəmət: "Manatın ucuzlaşması xәbərlәrә yaxsı, büdcәyә isə pis təsir etdi. İnflyasiya әsasәn dövriyyәdәki büdcәmizә vә gәlirlәrimizә tәsir etdi. Bu da o demәkdir ki, itirәcәklәrimizin hesabını bundan sonra hiss edәcәyik".

"Bu məsələdə hökümət və Mərkəzi Bank ciddi yanlışlığa yol verdi"

Azer Qaramanli

Azər Qaramanlı: "Mənə sırf iqtisadi olaraq elə bir təsiri olmadı. Amma təbii ki, olacaq. Yəni hər bir azərbaycanlıya nə qədər təsiri olacaqsa, mənə də o qədər təsiri olacaq. Hesab edirəm ki, bu məsələdə hökümət və Mərkəzi Bank ciddi yanlışlığa yol verdi. Bunun adı dövlətin öz vətəndaşlarını soymaqdı. Artıq hər yerdə qiymətlər fantastik şəkildə qalxır və demək olar ki, idarə olunmaz hal alıb. Təbii ki, bir qədər sonra ajiotaj yatacaq və sabitlik yaranacaq. Amma söhbət bizim vətəndaşlarımızdan gedir. Onsuz da vətəndaşın maaşı onun yol puluna və yeməyinə güclə çatırdı. Qiymətlər qalxandan sonra isə çıxılmaz vəziyyət yaranır. Hələ hökümət kommunal xidmətlərin də qiymətlərin qaldırsa, o zaman nə baş verəcəyini təxmin etmək çox çətindir. Maaşların artımından isə söhbət belə gedə bilməz. O zaman yenə də büdcədə ciddi kəsir əmələ gələcək. Demək ki, əhalinin dolanışıq səviyyəsi bir neçə dəfə aşağı düşəcək. Ona görə də hökümət qiymətləri tənzimləməlidir. Başqa çıxış yolu yoxdur. Azərbaycanda bütün sahələrdə monopoliya olduğuna görə əslində hökümət asanlıqla qiymətləri və manatın məzənnəsini nəzarətdə saxlaya bilər. Amma oliqarxlar bunu istəyəcəklərmi? Məsələ bundadır və günün sualı budur".

"Sadəcə 27 manat itirdim"


Image result for Şəhriyar Məcidzadə

Şəhriyar Məcidzadə: "Ümumilikdə onu deyim ki, mən keçən ilin aprel ayından Azərbaycana iqtisadi böhranın gələcəyini yazmışdım. Yəni bu barədə təhlil etdiyim üçün məlumatlı idim. Onu deyim ki, jurnalist kimi valyuta ehtiyatımız olmadığına görə hamıdan az pul itirənlərdən biriyəm. Manat ucuzlaşdığı üçün sadəcə 27 manat itirdim. Ama itirmək bundan sonra başlayır. Çünki qiymətlər çox sürətlə qalxır. Təbii olaraq buna görədə insanlar gərgindilər. Buna haqları da var".(ölkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar