Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş redaktor avtomobilini generalın qardaşı oğluna bağışladı

Fikrət Fəraməzoğlu: «Bir həftə sonra maşını kreditdən çıxarıb, onu Aqil Zeynalovun adına keçirəcəm»


JAM.AZ-ın baş redaktoru bu gün sahibi olduğu avtomobilini Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşı oğluna bağışlamağı qərarına gəlib. Bu barədə baş redaktor özü açıqlama verib. 

Fəraməzoğlunun belə bir addım atmasına səbəb avtomobilinin mütəmadi olaraq evekuatorla şəhərin müxtəlif yerlərindən cərimə medançalarına aparılmasıdır. Bu gün növbəti dəfə analoji hadisə baş verdikdən sonra baş redaktor qərara alıb ki, daha avtomobilini cərimə meydançasından çıxarmasın və onu elə evekuator xidmətini həyata keçirən «Evekuasiya.az» şirkətinin rəhbəri Aqil Zeynalova bağışlasın.

 «Avtomobilimi park edilmək üçün nəzərdə tutulmuş yerlərdə saxladığım halda belə onu cərimə meydançasına aparırlar. Bu gün Səməd Vurğun bağının yaxınlığında nəzərdə tutulmuş yerdə saxlamışdım. 15 dəqiqə sonra gəldikdə avtomobilimi yerində görmədim. Məlum oldu ki, onu evekuator vasitəsi ilə Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasına aparıblar. Ora getdim, polis kapitanı üzümə belə baxmadan 40 manat ödəməyim barədə xəbərdarlıq etdi. Bildirdi ki, həmin pulun 20 manatı BDYPİ-nin hesabına, 20 manatı isə evekuator xidmətinə görə ödənilməlidir. Mən də orada qərara aldım ki, həftədə bir neçə dəfə təkrarlanan bu olaydan sonra avtombilimi Evekuasiya.az şirkətinin rəhbəri Aqil Zeynalova bağışlayım. Çünki hər həftə bir neçə dəfə onun xeyrinə 20 manat köçürürəmsə, bu işi birdəfəlik həll edim».

Fikrət Fəraməzoğlu daha sonra bildirib ki, Aqil Zeynalovun şirkəti devalivasiyadan sonra xeyli azğınlaşıb. «Belə başa düşürəm ki, bu adam general əmisinə güvənərək, özbaşınalıqla məşğul olur. Nəzərimcə, son devalivasiyadan sonra gəlirləri azalan şirkət rəhbəri, zərərlərini camaatın cibindən çıxarmağa üstünlük verir. Bu artıq heç bir qaydaya, qanuna sığmır. Bu özbaşınalıq da deyil. Nədirsə başqa bir şeydir». 

Baş redaktor onu da qeyd edib ki, hələlik avtomobili kreditdə olduğu üçün onu generalın qardaşı oğlunun adına keçirə bilmir. «Amma bir həftə içində kreditlə bağlı məsələni həll etdikdən sonra BDYPİ-də maşını Aqil Zeynalovun adına keçirəcəm. Başqa çıxış yolu da görmürəm. Bununla həftədə bir neçə dəfə 40 manat ödəməkdən canım qurtaracaq. Həm də Aqil Zeynalov avtomobilimdən öz məqsədləri üçün istifadə edərək, yararlana biləcək».
Xatırladaq ki, "Evakuasiya.az" şirkəti "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) vasitəsi ilə maşınları meydançalara aparır. Sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir.

Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.

Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır".

Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar