Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokuror QHT-lərə və jurnalistlərə xəbərdarlıq etdi


Əgər QHT-lər və jurnalistlər korrupsiya sxemlərini davam etdirəcəklərsə, qanun qarşısında cavab verəcəklər


"Hüquqi müstəvidə araşdırılan cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir". 

Bnu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib. O, deyib ki, jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq əməliyyat qrupu yaradılıb və cinayət işi hərtərəfli araşdırılıb:

"Bu cinayətdə iştirak edən şəxslər müəyyən edilərək onların barəsində tədbir görülüb. Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keçiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil".

`Azərbaycanın prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə ictimai siyasi sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqların qorunması və cinayətkarlıq sahəsində müəyyən müsbət nəticələr əldə edilib` - deyən Zakir Qaralov deyib ki, Azərbaycan MDB və Şərqi Avropa ölkələri sırasında ən təhlükəsiz respublikadır.

Baş prokuror həmçinin bəzi QHT-lərin fəaliyyətinə də toxunub: "Bəzi QHT-lər var ki, dövlətin qanunlarına hörmətlə yanaşmır və dövlət qeydiyyatından keçmirlər. Belə QHT-lər əldə etdikləri maliyyə ilə bağlı dövlətin rəsmi qurumlarına məlumat vermirlər. QHT ilə məşğul olan şəxslərə, jurnalistlərə sözüm odur ki, dövlətin qanunlarına əməl etsinlər. Qanun pozulmayacaqsa, prokurorluq bunların barəsində araşdırma aparmayacaq. Əgər bunlar korrupsiya sxemlərini davam etdirəcəklərsə, qanun qarşısında cavab verəcəklər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar