Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazirin qalmaqallı müavinləri hansılardır? - Özəl araşdırma


Baş nazir Artur Rasi-zadənin adı demək olar ki, heç bir konfliktdə, özbaşınalıqda, qalmaqalda hallanmayıb


 Ən pis halda sual olunub ki, 82 yaşlı baş nazir niyə vəzifəsindən azad edilmir.

Ancaq ən onun artıq-əskik, əhalini qıcıqlandıran çıxışları olub, nə də yaxınları, övladları, nəvələri hər hansı xoşagəlməz əməli ilə diqqət mərkəzinə düşüblər.

Yayiminfo.com-un hazırladığı arayışda məlum olur ki, Baş nazirin bəzi müavinləri ona oxşamayıblar. Onların adları tez-tez mətbuat səhifələrində yer alıb.

Ən əsası da üç nazir müavini - Abid Şərifov, İsmət Abbasov və son olaraq Əli Həsənov barəsində şikayətlər, ittihamlar olub.

Son hadisə isə səbr kasasını daşırdı desək yanılmarıq. Söhbət baş nazirin müavini olan Ə.Həsənovun nəvəsinin törətdiyi cinayətdən gedir.

Ancaq ona qədər də "Qaçqınkom” sədri olaraq ona çoxlu suallar verilirdi, şikayətlər gəlirdi, nəvələrinin bahalı maşınlarının şəkilləri yayılırdı. Üstəlik, o nazir müavini ki özü məmurlara övladlarına nəzarət etməyi məsləhət görmüşdü.

A.Rasi-zadənin digər müavinlərinə gəlincə, Yaqub Eyyubov, Əli ƏhmədovElçin Əfəndiyev heç vaxt lazımsız qalmaqallarda adları çəkilməyib.

Amma A.Şərifovun "Evracon” firmasında maaş problemi, "Sovetski”də söküntü məsələsi, Şəkiyə kuratorluq edərkən biznes obyektlərinin açıqlanması onu həmkarlarından ayırıb.

İ.Abbasov isə kənd təsərrüfatı naziri vəzifəsində ölkənin aqrar sektorunu talan etməklə artıq ad çıxarmışdı. Baş nazirin müavini olarkən bir qədər sakitliyə çəkilən İ.Abbasov da məhz reputasiyası sağlam olmayan məmurlardan biridir.

O da məlum olur ki, əslində 6 nazir müavini kifayət qdər çox sayılır. Vitse-prezidentlik təsisatı tam formalaşdıqdan sonra Nazirlər Kabinetinin indiki statusu da dəyişdiriləcək.

Bu formatda baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları vitse-prezidentlərə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq.

Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatı işlək institut olacaq və cari idarəetmə ilə məşğul olacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov) var.

Onların çoxu pensiya yaşını artıq haqlayıb - 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 64 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 82 yaşı var (1935).

Qeyd edək ki, Konstitusiyaya görə, Azərbaycan Respublikasının ikinci rəhbər şəxsi olan Baş nazir Artur Rasizadənin 82 yaşı var. Artur Rasizadə 1996-cı ildən baş nazir postunu tutur. Bu isə o deməkdir ki, cənab Rasizadə 21 ildir Nazirlər Kabinetinə rəhbərlik edir.

Baş nazirin nəvəsi cianət törətmiş müavini Əli Həsənova gəlincə, uzun illərdir eyni vəzifədə çalışır. Əli müəllim hazırda işğal altında olan Cəbrayıl rayonunda anadan olub.

1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavinidir. Əli Həsənov həm də 17 iyun 1999-cu il tarixindən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyasının sədridir.

Onun komissiya sədri kimi ölkədə narkomanlar arasında yüksək vəzifəli şəxslərin uşaqlarının olması barədə verdiyi bəyanatı ciddi rezonans doğurmuşdu. Əli Həsənov daha bir post tutur, o, Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədridir.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar