Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir başına gələn bədbəxtliklərin səbəbini Yelisey Sarayında axtarır


Fransada prezident seçkilərinə bir ay qalmış sağ mərkəzçi “Respublikaçılar” partiyasından namizəd, keçmiş baş nazir Fransua Fiyon özü ilə bağlı olan skandallara yeni birisini əlavə edib

 
Fiyon satirik “Le Canard Enchaine” jurnalının bir araşdırmasını əlində əsas götürərək prezident Fransua Ollandı onun kabinetinin və mənzilinin dinlənilməsini təşkil etməkdə günahlandırıb.

Keçmiş baş nazir prezidentin Yelisey sarayında “qara kabinet” kod adı altında xüsusi polis idarəsi vasitəsi ilə hakimiyyət tərəfindən arzu edilməyən şəxsləri izlətdiyini iddia edib: “Mənimlə bağlı istintaq materialları 48 saat sonra qəzetlərin səhifələrində peyda olur. Məgər bütün bunlar dövlətin razılığı olmadan həyata keçirilə bilər?”

Sağçı namizəd “qara kabinet”in mövcudluğunu sübut etmək üçün onun haqqında skandal materiallar dərc edən “Le Canard Enchaine” jurnalının əməkdaşları tərəfindən buraxılan “Bove meydanına xoş gəldiniz” adlı kitabı sübut olaraq göstərib.

Fiyonun iddiasına görə, həmin kitabda prezident Ollandın ölkənin polis sistemindən öz məqsədləri üçün istifadə etdiyi barədə cümlələr yer alıb: “Bu kitabda Fransua Ollandın onun üçün arzuedilməz şəxsləri dinləməyi tapşırdığı qeyd olunur. Bu cür praktika yolverilməz və qeyri-qanunidir”.

Maraqlıdır ki, kitabın müəllifi Didye Asu Fiyonun bu ittihamları səsləndirdiyi vaxt efirə bağlanaraq, orada Fiyonun dediyi kimi, Ollandın polis sistemindən siyasi məqsədlər üçün istifadə etməsi ilə bağlı cümlələrin olmadığını söyləyib. Didye Asunun sözlərindən sonra olduqca pərt olan Fiyon kitabın nəşrini gözləməyin vacib olduğunu deməklə kifayətlənib.

Fransa prezidenti Fransua Olland isə Fransua Fiyonun ittihamlarına dərhal cavab verərək bunu yalan və iftira adlandırıb. O, Fiyon haqqında gedən skandallar barədə yalnız mətbuat vasitəsilə xəbər tutduğunu bəyan edib: “Bu skandallar dövlətə deyil, məhkəmə qarşısında dayanmalı olacaq konkret şəxsə aiddir”.

Prezident Olland Fiyona seçki kampaniyasını “ləyaqət, sakitlik və məsuliyyət çərçivəsində” aparmağı tövsiyyə edib. Digər namizədlərin məsələyə reaksiyası prezident qədər nəzakətli olmayıb.

Seçkilərin favoriti, “İrəli” partiyasının namizədi Emmanuel Makronun vəkili Arno Lerua “Fiyonun respublika üçün təhdid daşıdığını və bunun olduqca təhlükəli olduğunu” bildirib. Ollandın yaxın çevrəsindən hesab olunan Julien Drey isə Fiyonun seçkilərdə iştirak etməyə layiq olmadığını söyləyib.

Qeyd edək ki, Fransua Fiyona qarşı ittihamlar ard-arda gəlməkdə davam edir.

Keçmiş baş nazir əvvəlcə həyat yoldaşının adına saxta maaş yazdırmaqda, daha sonra dəyəri 15 min dollardan yuxarı olan bahalı kostyumları hədiyyə olaraq qəbul etməkdə, həmçinin Livan milyarderi Fuad Mahzumi ilə Rusiya prezidenti Vladimir Putin, habelə “Total” şirkətinin baş direktoru Patrik Puayanne arasında görüş təşkil etmək üçün 50 min dollar məbləğində pul almaqda ittiham edilir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar