Yardımlının baş həkimi pensiya düzəltməklə məşğuldur
Fəxrəddin Əkbərov və işçilərinin nizam-intizam qaydalarına da qətiyyən əmək etmədikləri vurğulanır.
Yardımlının baş həkimi Fəxrəddin Əkbərov və işçiləri ilə bağlı ilginc iddia gündəmə gəlib.
Baş həkim və əməkdaşlarının başı normativdə nəzərdə tutulan işlərlə deyil, pensiya sənədləri düzəltməyə qarışıb.
Mənbənin iddiasına görə, Əkbərov bu işlərdən külli miqdarda pul qazandığı üçün Yardımlının Mərkəzi Xəstəxanasını bazara çevirib. Həmin məlumatlarda o da vurğulanır ki, baş həkimin göstərişinə əsasən Mərkəzi Xəstəxanaya müraciət edən kasıb ailənin nümayəndələrinin müayinə olunması və müalicə altına alınması qadağan edilib.
Həmin məlumatlar da o da qeyd olunur ki, işdə nizam-intizamın da durumu biabırçı həddədir. Çünki işçilər işə hər gün saat 10-da gələrək, saat 12-də çıxırlar.
P.S. Fəxrəddin Əkbərovun hər il tenderlərin pulları ilə özünə yaratdığı komofrtlu həyatı barədə yaxın günlərdə geniş məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)
pia.az