Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş beyin xəstəliklərinin artma səbəbi açıqlandı


Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanasına il ərzində 10 mindən çox xəstə müraciət edir


Ötən il 2111 xəstə cərrahi əməliyyat edilib. Bu ilin birinci yarısında isə 1100 xəstə əməliyyat olunub.

Virtualaz.org saytı xəbər verir ki, bunu xəstəxananın baş həkimi Kabus Dadaşov bu gün keçirilən mətbuat konfransında bildirib.

K.Dadaşovun sözlərinə görə, müraciətlər əsasən baş beyin və onurğa beyin törəmələri, kəllə-beyin travmaları, baş beyinin damar mənşəli patologiyaları, onurğa beyin travmaları xəstəlikləri ilə bağlı olur. “Xəstəxanamızda uşaq neyrocərrahiyyə şöbəsi yaradılıb. Bu şöbədə travmalar, törəmələr, anadangəlmə inkişaf qüsurlu xəstələr və digər problemi olan uşaqlar müalicə olunurlar. Anadangəlmə onurğa beyin yırtığı olan uşaqların sayında artım qeydə alınır, bu isə aşkarlama faktoru ilə əlaqəlidir. Yəni 10-15 il əvvələdək müasir avadanlıqların sayı az olub. İndi respublikanın istənilən bölgəsində MRT (maqnit-rezonans tomoqrafiyası) aparatı var”, - baş həkim deyib.

K.Dadaşov bütün dünyada neyrocərrahiyyə əməliyyatlarında ölüm faizinin yüksək olduğunu deyib: “Son vaxtlar qeydə alınan yol nəqliyyat hadisələrində ciddi baş-beyin travmaları alanlar çoxdur. Bu xəstəxanaya ən ağır xəstələr gətirilir. Amma ölüm faizi qəbul olunmuş normaya uyğundur”.

Baş həkim onu da əlavə edib ki, hazırda xəstəxanada ən mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir. Neyrocərrahi əməliyyatlara ehtiyacı olanlar daha xaricdə üz tutmurlar, onlar yerli mütəxəssislərə etibar edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar