Xəbər xətti

22 SENTYABR

20:46 “Roma” klubunun qəzeti “Qarabağ“dan yazdı

20:32 İlham Əliyev voleybol matçında

20:25 Kadir Topbaş istefa verdi

20:18 Jirinovski: “Qripləmiş deputatlar cərimələnsin”

20:02 Şimali Koreya gəmiləri Rusiya sularına girdi

19:56 “General Motors” 2,5 milyondan çox avtomobili geri çağıracaq

19:52 “Neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycana maraq qalır”

19:47 Azərbaycandan ABŞ-a cavab zərbəsi

19:40 Voleybol üzrə Avropa çempionatının açılışı keçirildi

19:35 Koreya: “Bənzəri olmayan nəhəng raket görəcəksiniz”

19:31 Şərqşünas: “Kürdlərin keçirəcəyi referendum yeni situasiya yaradacaq”

19:26 Mingəçevirdə partlamamış mərmi tapılıb

19:21 Novak: “Bu ilin II yarısında neftə tələbat artacaq”

19:17 Ermənilər Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədib

19:12 Tramp Şimali Koreya liderini dəli adlandırdı

19:07 Londonda “Uber”ə qadağa qoyuldu

19:02 Metropolitendə yeni dispetçer mərkəzi fəaliyyətə başladı

18:56 Ramil Usubovdan yeni rəis təyinatı

18:51 “Həmsədrlərlə masada olan təkliflər əsasında ciddi danışıqlar aparılacaq”

18:46 Şamaxıda Sabirin ev muzeyi yenidən tikiləcək

18:42 İŞİD-ə nə qədər azərbaycanlı qoşulub?

18:38 “Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq”

18:34 Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə öldü

18:30 “Ölkənin idarəolunmasına daha güclü qadınlar gəlir”

18:25 Qayınana onu bıçaqlayan kürəkənini bağışladı

18:20 Deputat: “Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”

18:16 Türkiyə sahillərində qayıq batdı: 15 ölü

18:12 İlham Əliyevdən Səudiyyə Ərəbistanının Kralına təbrik

18:08 Özcan Deniz: “Uşağımız cəmi 7 millimetrdir”

18:04 İlham Əliyev fərman imzaladı

18:00 Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

17:54 Xırdalanda 8-ci sinif şagirdi itkin düşüb

17:48 Milli Məclisin Komitə sədri: “Pulumuz kifayət qədərdir, narahat olmayın”

17:42 Arif Əsgərovun Azərbaycandan qaçan oğlu şahid imiş

17:35 Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsxanada ölüb

17:30 Masallıda 8 yaşlı oğlanı avtomobil vurub

17:23 Yaxın Şərqin rəqqasları: Tələbani və Bərzani

17:15 “Sevdiyim adamı əlimdən aldın”

17:10 Nyu-Yorkda nazirlər Əliyev-Sərkisyan görüşünün vaxtını müzakirə edəcək

17:04 Dolların sentyabrın 25-nə olan məzənnəsi

16:58 Selfi zamanı səfirin smartfonu oğurlandı

16:53 Azər Hüseynbala palataya köçürülüb

16:48 Tillerson istefa verir?

16:43 “Apple” və “Facebook” Meksika zəlzələsindən zərərçəkənlərə 1 milyon dollar ayırdı

16:37 Şəmkirdə iki avtomobil toqquşdu - Yaralılar var

16:32 Müsavat Partiyası Milli Şuranın sabahkı mitinqinə qatılmayacaq

16:30 Təhsil sahəsindəki yeni qaydaların zəif və üstün tərəfləri nədir?

16:27 Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı

16:22 Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv etdi

16:19 Avrasiya ölkələrinin gənc liderlərinin forumuna start verildi - Foto

16:17 Əhməd Əhmədzadə 3 milyardı necə xərcləyib?

16:12 Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

16:05 QAT erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirib

15:59 Saakaşvili Lvov məhkəməsinə gəlmədi

15:53 Bakıda yataqxanada baş verən yanğında polis komandiri zəhərlənib

15:46 İran yeni ballistik raketini üzə çıxardı

15:40 “Dünya yalnız bizdən asılıdır” - Trampın MBT-dəki çıxışının tam mətni

15:35 Stadion ətrafında bina tikilir: İcranın xəbəri yoxdur – Foto

15:30 “Milan”da qalmağı ədalətli saydım”da qalmağı ədalətli saydım”

15:23 Elza 75 dəfə yol hərəkət qaydalarını pozub

15:11 Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

15:05 DTX: 900-ə yaxın Azərbaycan vətəndaşı İŞİD-ə qoşulub

14:59 “Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda

14:59 İcra başçısı məşhur taksi xidmətini aldı - Şirkət yaratdı

14:53 Qubad İbadoğludan Elman Rüstəmova sərt etiraz

14:47 Erməni deputatlar Bakını gəzəcəklər

14:41 Azərbaycana İlqar Məmmədovla bağlı xəbərdarlıq hazırlanır

14:36 Rusiyada mədəndə qəza: 180 işçi təxliyə edildi

14:31 Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi söküldü

14:26 Avtobus sürücüsünü döyən şəxs tutuldu

14:21 “ABŞ ssenarini PKK üzərində qurub və İranla toqquşmaya hazırlaşır”

14:15 “Bu, üzən məzənnəyə keçidin məntiqi davamı olacaq”

14:10 Qara dənizdə qayıq batdı: 5 ölü

14:06 Neymar üzr istədi

14:01 Gədəbəydə ata-anasını qətlə yetirən şəxsin axtarışı davam etdirilir

13:57 “AAAF Park”-ın sahibi həbs edilib? - Yeniləndi

13:34 Həbsdə olan general oğlunun məhkəməsi təxirə düşdü

13:30 NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya gəlir

13:25 Nazim efirdə əsəbiləşdi, jurnalistlə dalaşdı - Video

13:20 Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib

13:17 ABŞ-İran qarşıdurması - Regionda yeni müharibə ocağı közərir?

13:15 Nazirlər Kabinetində struktur islahatları başa çatıb, şöbə müdirlərinin tam siyahısı

13:11 Nizaminin tədqiqatçısı dostlarından donos yazırdı...

13:07 Erməni deputat: “Xahiş edirəm Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyək”

13:02 Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış

12:57 Ən etibarlı brauzer müəyyən edildi

12:52 Hava pisləşəcək, yağış yağacaq, dolu düşəcək

12:47 Müslüm Maqomayevi öldürən səbəb

12:42 Bu il Azərbaycanda 7 nəfərə sümük iliyi köçürülüb

12:37 Məleykə Abbaszadə: “Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq”

12:32 Qubada alma bayramı keçiriləcək

12:27 Meksika: Zəlzələ qurbanlarının sayı 290-a yaxınlaşıb

12:22 O fahişəni sevirdim

12:17 “Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub” - Prezident

12:13 Azərbaycanda televiziya rəhbərini dəfələrlə öldürmək istəyiblər - Şok sui-qəsd planları yayıldı

12:08 Gədəbəydə dəhşət: Oğul atasını və anasını öldürüb

12:04 Lider TV müflis olub?

11:59 İcra Hakimiyyətinin maşını qəzaya düşdü

11:55 “Samir Şərifovun bu əməllərinin adı nədir?…” - Cahangir Hacıyev yenidən nazirə hücum etdi

11:50 Bərzani Bağdada heyət göndərir: “Geri çəkilmək söhbəti ola bilməz”

11:45 Kataloniya separatizmi: Seçkilər İspaniyanı daha sərt mövqeyə sürükləyir

11:44 Uşaqları intihara məcbur edən “Mavi balina” oyunu Azərbaycanda da yayılır

11:40 Natavan Aygün Kazımovaya söz atdı

11:35 Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

11:31 Tramp - Soros müharibəsi: Prezident petisiyanı imzalayacaqmı?

11:27 MTN generalının məhkəməsinə jurnalistlər buraxılmayıb

11:22 “Azərbaycan 1918-ci ildə qadınlara səsvermə hüququ verib”

11:18 Erməni deputatlar Milli Məclisdə

11:14 “Sxodka”ya basqın: azərbaycanlı avtoritetlər tutuldu

11:10 Prezident Balaxanı Sənaye Parkının açılışında iştirak edib

11:05 Kuznetsov: ABŞ İrəvanı Qarabağı qaytarmağa məcbur edə bilər

11:00 Fatih Terim Türkiyə Futbol Federasiyasından 3,5 milyon avro təzminat istəyir

10:55 Fatma Girik: “55 ildir onunla birlikdəyəm”

10:50 Quba sakini intihar edib

10:46 “Dağlıq Qarabağ bu şəkildə azad edilməlidir” - Markov

10:41 Günəş sistemində 2 yeni göy cismi aşkarlandı

10:37 Mister Bin: “Toni Bleyrin baş nazir olacağı ağlıma gəlməzdi”

10:33 “Qarabağ” – “Roma” oyuna 58 min bilet satılıb

10:29 Bakıda 28 yaşlı oğlan evində ölü tapılıb

10:24 Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - Rəsmi


CƏMİYYƏT

...

Baş baytar faktlarla ifşa olundu

Tarix 11.07.17, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


Heydər Əsədovun bunlardan xəbəri varmı?


Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəis gətirildikdən sonra Azər Süleymanov necə milyoiner oldu?

Deməli, qısa müddət ərzində bir neçə dəbdəbəli villaya sahib olmaq üçün cəmi-cümlətanı 2 il Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəhbərlik etmək kifayət imiş.

Bu “rekord” Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin iki ildir rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanova məxsusdur. PİA.AZ ulus.az saytına istinadən xəbər verir ki, Azər Süleymanov Göygöl rayonunda tikdirdiyi evlə yanaşı, Bakı şəhərinə vəzifədə oturarandan az keçmiş Bakı şəhəri Mehtiabad kəndində yarımçıq qalmış böyük villasının tikintisini və təmirini başa çatdirıb. (Aşağıda fotosu əlavə edilir). 

Göygöldəki villası, “Karusel” İstitahət Mərkəzi, Mehdiabad kəndində böyük villası onun tutduğu vəzifənin qarışılığında azlıq etdiyi üçün qardaşı Azad İdris oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu S. S. Axundov küçəsi, 7C ünvanında “İsmayıloğlu” MTK-nın inşa etdiyi hündür mərtəbəli binanın II Ala qapı, 6-cı mətəbəsində iki mənzili alaraq birləşdirmiş və hazırda şıdırğı təmir işlərilə məşğuldur (Binanın fotosu əlavə edilir). Azər Süleymanovun yaydığı şayiəyə görə əmlaklar qardaşı Azada məxsusdur. Azadın vergi orqanına aylıq gəlirindən vediyi rəsmi bəyannamədə göstərdikləri araşdırılsa, onun bu qədər əmlak üçün vəsait qazanmasının qeyri-mümkün olması üzə çıxacaq. Təbii ki, bu əmlaklar Göygöl rayonunda deyilən kimi “baytarlıq naziri” Azər müəllimin “qazancı” hesabına əldə edilib. Oxucularımıza bir daha xatırladırıq ki, Azər müəllimin tutduğu Dövlət Xidmətinin rəisi vəzifəsinin aylıq maaşı 1050 AZN-dir. Halaldı, Azər müəllimə, pulu var xərcləyir. 

Qulaq gündə bir söz eşitməsə... “Cəza almayacağını bilən bir şəxs acıq, sahibsiz qalan “qapıdan” hər nəvarsa özü üçün daşyacağı adi haldır. Sosial şəbəkələrdə isə Azər Süleymanovun I qrup əlil olması barədə yazılar dərc edilməklə “təbil çalınır” və I qrup əlilin Dövlət Baytarlıq Nəzarəti Xidməti kimi önəmli olan bir dövlət qurumunda yüksək vəzifə tutması oxucularımızın (Heydər Əsədov istisna olmaqla?) təəccübünə səbəb olmuşdu. Bütün tərəflərin cavab haqqı tanınaraq belə bir şəxsin rəis vəzifəsini tutmasına aydınlıq gətirməsi məqsədilə Dövlət Xidmətinin tabe olduğu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə müraciət edilsə də nazirlik hələ də sükutdadır. Məlumat üçün bildiririk ki, “Dövlət Qulluğu haqqında” AR Qanunun 18.0.11 maddəsində qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməsi dövlət qulluqçusunun əsas vəzifələrindəndir. 

Azər Süleymanovun səhhətində olan ciddi problemlərə görə vaxtaşırı Türkiyədə və digər xarici ölkələrdə müalicə almasını, daima həkim nazrətində olmasını tibbi müdaxilə üçün qoluna yerləşdirilmiş vazofiks bir daha sübut edir. Təbii ki, hər bir insanın səhhətində nə vaxtsa olacaq problemdən heç birimiz sığortalanmamışıq, həmçinin Azər Süleymanov da. A.Süleymanov vəzifəsindən sui-istifadə edərək dövlətin hesabına ezamiyyə adı ilə müalicə üçün xaricə getməsi bəs deyilmiş kimi, Respublika Baytarlıq Laboratoriyasında direktor müavini işləyən dayısı oğlu Elşad daima xaricdə türistik səfərlərdə olur. 

Xidmətin heyvan məhsullarına nəzarət şöbəsinin sektor müdiri qanunvericiliyə zidd olaraq dövlət qulluğu komissiyasından keçmədən 3 ildir qanunsuz müqavilə ilə vəzifə tutan Aydın Hüseynov isə “daxili bazarı koordinasiya” edir. Belə ki, Aydın Hüseynov şirkətlərin istehsal etdiyi heyvandarlıq məhsullarının xaricə ixrac etmək üçün baytarlıq-sanitariya vəziyyətini guya ki, monitorinq etmək məqsədilə hər qeyri-iş günləri, gizlincə respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən istehsal müəssisələrinə göndərilir və iş günləri isə heç bir şey olmamış kimi öz işinin üstündə olur. “Haqq” alındıqdan sonra həmin şirkətlərin xaricə məhsul çıxartmaq məqsədilə reystrə daxil edilmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəsatət verilir. Bu yollarla yenə də iş adamları soyulur. Pul verməyən şirkətlərin potensialları, tələblərə uyğunluğu olmasına baxmayaraq, hələ də xaricə cıxışları bağlıdır. Bundan başqa, Aydın Hüseynov ölkəyə Rusiyanın Stavrapol, Moskva vilayəti, Rostov, həmçinin İran və s. dövlətlərdən quşculuq məhsulları idxal edən iş adamlarının başına olmazın “oyunları”nı gətirir. “İxrac edən ölkədə quş qripi var” deyərək əvvəlcə məhsulun Azərbaycana buraxılmayacağı səhnəsini “qurur”. Təlimata görə quş qripi baş verən ocaqdan 10 km radiusunda olan ərazidən quşçuluq məhsulu çıxarıla bilməz. Ancaq idxal sənədlərdən də göründüyü kimi, iş adamlarının ölkəyə idxal etdiyi məhsullar xəstəlik baş vermiş ərazidən 100 km məsafədə olan təsərrüfatdan çıxır. Belə olan halda 100 km məsafədə istehsal olunmuş quş məhsullarına heç bir məhdudiyyət qoyula biməz. Aydın Hüseynov və Azər Süleymanov tandemi bundan maddi maraqlar çərçivəsində manipulyasiya edərək böyük pullar qazanır. Bu, yalnız aysberqin görünən tərəfidir.

Əldə edilən dəqiqləşdirilmiş məlumata görə Göygöl rayonunda Azər Süleymanov ona məxsus “Karusel” İstirahət Mərkəzində hotel inşasına başlayıb. Hazırda Azər Süleymanovun hotelinin əzəmətli giriş qapısı olunmaqdadır. Tikinti işləri və özünün müalicəsinə başı qatışdığına görə malqaranı xəstəliklərdən qorumaq kimi ona həvalə edilmiş dövlət işləri ilə məşğul olmağa isə Azər Süleymanovun vaxtı-imkanı qalmır. Ona görə də Qusar rayonunda baş vermiş dabaq xəstəliyi heyvan sahiblərini çətin iqtisadi duruma salmışıb. 

Azər Süleymanovun rəhbərliyi dövründə baytarlıq xidmətində rüşvət ittihamları hər gün artmaqdaır. Bunula belə, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tabeliyində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin qanunsuz hərəkətləri ilə Nazirliyin imicini əhalinin nəzərində ciddi zədələyən Azər Süleymanovun qanunsuz halların qarşısını almaq istiqamətində əlini “ağdan-qaraya” belə vurmayıb. 

Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət kəsb edir. Qəbul edilən qərarlar sahibkarlığın inkişafında nəzərə çarpan süni əngəllərin aradan qaldırılması məqsədi daşıyır. Lakin Dövlət Baytarlıq Nəzarəti Xidmətində sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilir. Onlara qarşı əsassız tələblər irəli sürülür. Azərbaycan CPM-nin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün həm də kütləvi informasiya vasitəsinin məlumatları da əsas sayılır (“Maddə 46). 46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər”. CPM-də aydın şəkildə yazılıb ki, istintaq orqanı həm də KİV-də işıqlandırılan faktlara görə cinayət işi başlaya bilər… 

Ulus.az-a verilən məlumata görə prezident İlham Əliyevin korrupsiya ilə mübarizəni sərtləşdirdiyindən ruhlanan, içində inam yaranan adının çəkilməsini istəməyən baytarlıq mütəxəssisi şəxsən nazirliyə gələrək Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verən qanunsuzluqlar, mövcud olan korrupsiya barədə faktları açıqlamışdır. Lakin yenə də cənab nazir susur... 

Daha bir xəbərə görə bildirilir ki, Azər Süleymanov havadarlarının köməyi ilə yenə də əvvəlki kimi bu bataqlıqdan da qurtula biləcəyi ehtimal olunur? Mənbənin verdiyi məlumata istinadən Azər Süleymanov öz əməllərinin ört-basdır etmək üçün həmin şəxslərə qarşı şər - iftira kompaniyasına start verib. Görəsən Heydər Əsədovun marağı nədir ki, tabeliyində olan yarıtmaz idarəçilik nəticəsində ölkənin baytarlıq sisteminə, Kənd Təsərrüfatı Nazirliyinin imicinə zərbə vuran, iş adamlarına qənim kəsilmiş, saxta dabaq vaksinini heyvanlara vuraraq ölkəni xəstəlik təhlükəsi ilə qarşı-qarşıya qoyan, vəzifə atına mindikdən sonra villalara sahib olan Azər Süleymanovu qanunun tələbləri ilə cəzalandırmır. Nə qədər olar ki, Azərin qanunsuz əməllərindən zara gəlmiş heyvan sahibləri, sahibkarlar tərəfindən daxil olan şikayət müraciətlərinə nazirlikdə “faktlar təsdiq edilmədi” cavabı vermək olar? Cənab Heydər Əsədov bu qondarma, çeynənmiş cavab məktublarına imza etməkdən yorulmur? Azərin əməllərindən boğaza yığılmayıb? Nazirlikdə Azərin qanunsuz fəaliyyəti barədə vətəndaş müraciətləri gizlədilsə də, onsuzda günü-gündən baytarlıq sahəsində geriləmələr müşahidə olunur. Buda ölkə ictimayyətinin gözündən qaçmır. 

Azər Süleymanov peşəkar baytarlıq kadrlarını işdən uzaqlaşdıraraq qohumlarını, tələbə yoldaşlarını vəzifələrə təyin edib. Misal üçün dayısı oğlu Elşad Rzayevi Respublika Baytarlıq Laboratoriyasının direktor müavini təyin edib. Başqa bir qohumu təqaüdçü Mübariz Nəbiyev isə Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiridir. Verilən məlumata görə ictimai təhlükəli əməllərinə görə məhkum edilmiş Əhəd Əliyev də Azər Süleymanov tərəfindən ixtisasına uyğun olmadığı halda Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiri təyin edib. Azər Süleymanovun başqa bir təyinatı isə Aydın Hüseynovla bağlı olub. Aydın Hüseynov Dövlət Xidmətində qanunsuz müqavilə ilə sektor müdiri təyin olunub. Halbuki bu şəxs dövlət qulluğu komissiyasından keçməyib. Abşeron Rayon Baytarlıq İdarəsinin rəisi Tahir Abdullayev də Azər Süleymanovun sevimliləri arasındadır.  Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi Kamran Məmmədov da Azər Süleymanova az qazanc gətirmir. Oktay Həmidov Göygöl rayon Baytarlıq İdarəsinin rəisidir və Azər Süleymanovun yaxınıdır. Oqtay Xəlilov Şirvan Rayonu Baytarlıq İdarəsinin rəisi, Ceyhun Əliyev isə dövlət qulluğu komissiyasından keçmədən Epidemioloji nəzarət və profilaktika sektorun müdiri təyin edilib. 

Verilən məlumata görə Azər  Süleymanov Respublika Baytarlıq Laboratoriyasında savadlı, uzun müddət baytarlıq diaqnostikası sahəsində yetərincə təcrübəyə malik Vətəni Mahirənin yerinə şöbə müdiri təyin etmək üçün yaxın adamı hazırda tibb sahəsi üzrə əyani təhsil alan, (əyani təhsil alan şəxsin laboratoriyada işləməsi təəccüb doğur), Tağıyeva Səfadəni Respublika Baytarlıq Laboratoriyasına işə alıb. Sırf bu sahənin mütəxəssisi isə işini itirmək təhlükəsindədir. 

Yəqinki cənab Heydər Əsədov tutduğu yüksək dövlət vəzifəsinin tələblərinə məsuliyyət hissi ilə yanaşacaq Azər Süleymanov haqqında aşkarlanan korrupsiya faktları, heyvandarlığa baytarlıq xidmətinin hazırkı acnacaqlı vəziyyəti barədə rəsmi arayışı ört-basdır etməyə imkan verməyəcək və müzakirəyə buraxaraq nazirliyin səlahiyyəti daxilində tədbir görəcək...

 Azər Süleymanova məxsus  Mehtiabaddakı Villanın və Binəqədi rayonundakı “Novostoykanın” fotosunu təqdim edirik:

Heydər Əsədov görəsən bundan xəbərdardırmı?

Heydər Əsədov görəsən bundan xəbərdardırmı?

Mənbə: Uluz.az

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv etdi

bitmap-img3

Rakurs

ADPU-nun filialında saxta diplomlar, qohumbazlıq: Ağcabədidə təhsil rəzaləti

bitmap-img3

Seçmələr

Azərbaycanlı oliqarxın oğlu birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru