Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluqdan Şirvandakı qətllə bağlı məlumat



Baş Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yayıb


Publika.az-a daxil olan məlumatda bildirilir ki, yanvarın 22-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 10, mənzil 15-də iki şəxsin meyitinin aşkar edilməsi barədə Şirvan şəhər prokurorluğuna  məlumat daxil olub.
 
Daxil olmuş məlumat əsasında dərhal şəhər prokurorluğu və Polis Şöbəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və  meyitlərə baxış keçirilib, maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
İlkin araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini 1965-ci il təvəllüdlü Kişiyev Araz Babayar oğlu Şirvan şəhərində kirayədə yaşayan gəlini - 1976-cı il təvəllüdlü Balakişiyeva Sevinc Məmməd qızına şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zəminində çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürdükdən sonra özünün də boğaz nahiyyəsini kəsərək intihar edib.
 
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda baş vermiş cinayətin bütün xüsusatlarının tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar