Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Barmaq izi sağlamlıqdan xəbər verəcək


Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun alimləri smartfon sahibinin ölümünü müəyyənləşdirən barmaq skaneri hazırlayıblar


Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, mütəxəssislər tərəfindən barmaq izi skanerinin funksiyaları təkmilləşdirilib. Təkmilləşdirilmiş texnologiya təkcə qurğu sahibini deyil, eyni zamanda onun vəziyyətini müəyyənləşdirə bilir.

Bildirilir ki, skaner qurğu istifadəçisinin bədəninin temperaturunu təyin edir: bədənin temperaturu Selsi üzrə 30-45 dərəcə arasında dəyişən zaman qurğu blokdan çıxarılır. Bununla yanaşı, temperatur göstəricisi müəyyən edilmiş çərçivəyə sığmadığı halda qurğu blokdan çıxarılmamış vəziyyətdə qalır, çünki insan bədəni başqa temperatura dözə bilmir.

Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın yaradılmasının məqsədi smartfonla barmaq mulyajının deyil, onun sahibinin istifadə etməsini müəyyənləşdirməkdən ibarətdir.

pia.az
Etiket:
loading...