Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Barmağı əzildi və hər şeyini itirdi...

Dörd il əvvəl həyətdə yıxıldı və barmağını əzdi. Bundan sonra heç ağlına gəlmədiyi başına gəldi. Həm əli şikəst oldu, həm də dələduzların “ovuna” çevrilib malını-pulunu itirdi


Rəfiqə Nəbiyeva düz dörd ildir ki, müxtəlif instansiyalarda ədalət axtarır. Bizim səhiyyəmizin “qaş qayırdığı yerdə göz çıxartması” adətdəndi. Yəni həkimlərimizin “qaş qayırmaqdan daha çox göz çıxarmaları” alışqanlıq halın alıb və bu zaman onların cəzasız qalmaları da yaranmış vəziyyətə çox tünd rəng verir. Bu ölkədə hər kəsin arşını “cibə” və “adamın adamına”, ölçdüyünə görə mağmun edilib küçələrə atılan, dövlətin qapılarında ədalət axtarıb əlində olanı da əlindən çıxan vətəndaşların səsini demək olar ki, heç kim eşitmir. Eşidən də bir müddətdən sonra eşitməz olur.

Bu dəfə faciəsi və göz yaşları ilə qapımızı döyən Rəfiqə Nağıyevadır. Rəfiqə xanım Bakı Şəhəri Nərimanov rayonu Firdovsi Məmmədov küçəsi ev 9, mənzil 5-də yaşayır. Daha doğrusu yaşayıb. İndi heç özüdə bilmir üzünü hara tutsun. Hər şey isə həyətdə yıxılıb barmağını əzməsiylə başlayıb. Və tam 4 ildir ki, Rəfiqə xanım nə xəstəxanaların, nə də məhkəmələrin qapısından ayrıla bilmir. Və elə xəstəxanaların, ekspertlərin və məhkəmələrin qapısında dura-dura müflis olub. 



Rəfiqə xanım deyir ki, 2014-cü il sentyabrın 10-da evindən çörək almağa çıxarkən həyətdə yıxılıb və sol əl barmağı zədələnib. Bununla əlaqədar olaraq Bakı şəhər 4 saylı şəhər poliklinikasına həkim travmatoloqa müraciət edib və həkim Azad Hüseynov onu qəbul edib. 

Rəfiqə Nəbiyeva bildirib ki, poliklinkada sol əlinin rentgen müayinəsi aparılıb, həkim Azad Hüseynov onun əl barmağında yarım çıxığın olduğunu bildirərək barmağı yerində oturdub və gips sarğısı qoyub. Bir müddət sonra Rəfiqə xanımın barmağındakı ağrılar davam edib, hətta barmağı hərəkətləri icra edə bilməyib. Bununla bağlı Rəfiqə xanım dəfələrlə həkim travmatoloqa Azad Hüseynova müraciət edib. Müayinələrin birində həkim sol əlin 3 barmağının əsasının ara sahələrinə keyitmə iynəsi vurub. Bu zaman iynə sınaraq həmin əlin ovuc səthini zədələyib. Bundan sonra isə həmin əlin 3-4-5 barmaqlarında hərəkətlər tam məhdudlaşıb. Yəni həkim müdaxiləsindən sonra barmaqların funksiyası pozulub. Vətəndaş bildirir ki, həkim elə ilk diaqnozu səhv deyib. Çünki sonradan məlum olub ki, barmağın sümüyü ovulub oynağın arasına yığılıb. Əl əməliyyat olunmalı imiş. 



Rəfiqə Nəbiyeva iddia edir ki, həkim onun əlinə iynə vuran zaman içkili olub. Belə ki, həkim onun əlinə uynə vuan və iynə əlinin ortasından çıxdığı zaman özündən gedib və oyananda başı həkimin sinəsində olduğundan hiss etdib ki, həkim içkilidir, ondan araq iyi gəlir. Buna baxmayaraq həkim içkili olduğunu inkar edib.

Qadın indi qolunun da nazikləşdiyini deyir. Həmçinin bildirir ki, əlinin ortasında deşik qalıb, soyuq olanda içəri külək girir və yayda belə əlcəklə taxır. Həkim sonradan masaja göndərib, amma heç bir xeyiri olmayıb. Bundan sonta isə əlacsız qalan qadın müalicə üçün Türkiyəyə üz tutub. Türkiyəyə getmək üçünsə qiymətli əşyalarını satıb. 



R.Nəbiyeva daha sonra həkimlə bağlı məhkəməyə müraciət etsə də, orada da yekun nəticə əldə edə bilməyib: “Nərimanov rayon Məhkəməsinə müraciət edib həkimlərə verdiyim 16 min manat, işləyə bilmədiyim üçün kirayə puluna görə yığılan borc kimi 6 min manat, Türkiyədə müalicə üçün 10 min dollar, mənəvi ziyana görə isə 15 min manat tələb etdim. Ekspertiza mənim xeyrimə qərar verdi və məhkəmə həkimi 2 min manat cərimələdi. Azad Hüseynov isə mənə, “al sənə 2 min verirəm, get ye-iç, kef elə”, dedi. Onun bu sözləri mənə elə ağır təsir elədi və puldan imtina etdimSonra  apellyasiya şikayəti verdim. Orada təkrar ekspertiza keçirildi və bu dəfə necə oldusa, rəy həkimin xeyrinə oldu. İş Ali Məhkəməyə qədər gedib çıxdı. Ali Məhkəmə işə səhv baxıldığına qərar verərək yenidən apellyasiyaya qaytardı. Apellyasiya Məhkəməsi aldığım xəsarətləri yoxlamaq üçün təkrar ekspertiza təyin etdi və ekspertizanın aparılması ekspert Azər Dəmirova tapşırıldı. Azər Dəmirov məni həkim Fikrət Qafarovun yanına göndərdi. Fikrət Qafarov məni müayinə etdi və düzgün müayinə olunmamağım barədə rəy yazdı. Həmçinin MRT keçirilməsi üçün Aytən xanım adlı həkimin yanına göndərdi. Aytən xanım diskə baxandan sonra ekspert rəyinə əlavə olunması üçün barmqlarımın həkim Azad Hüseynovun düzgün müalicə etməməsi səbəbindən şikəst olduğunu faktını təsdiqlədi. Fikrət Qafarov və Aytən xanım tərəfindən yazılmış rəylər ekspert rəyinə əlavə olunması üçün ekspert Azər Dəmirova göndərildi. Lakin həmin rəy, yəni mənim həkimin günahı üzündən şikəst olduğumu təsdiq edən hissə ekspert rəyində göstərilmədi. Azər Dəmirov özbaşınalıq edərək qanunsuz ekspert rəyi verdi. Onu da qeyd edim ki,  Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşən Kazımov da təkrar ekspertiza təyin edib və ekspert Azər Dəmirov həkim Azad Hüseynovdan pul alaraq onun xeyrinə rəy verdi. O, məhkəməyə də Azad Hüseynovla bir yerdə gəlmişdi, onun istədiyi formada da qərar verir”.



Səhiyyə Nazirliyinin məhkəmə ekspertiza rəisi Ədalət Həsənovun yanında da getdiyini bildirən Rəfiqə Nəbiyeva orada da xoşagəlməz münasibət gördüyünü deyir. Ekspert qismində Abbasov Fəxrəddin, Kazımov Hafiz, Məmmədov Ziya, Əzizov Adilin onun məhkəməsində iştirak etdiklərin bildirir. 

Qəribədir ki, hər yerdə, getdiyi hər dövlət qurumunda ondan rüşvət alıblar. Və nəticə olaraq isə ekspertlərin verdiyi rəy ekspert Azər Dəmirov tərəfindən gizlədilib və məhkəməyə saxta rəy təqdim edilib.

Lakin zərərçəkmiş tək ekspertlərdən və məhkəmədən şikayətçi deyil. Rəfiqə xanım həm də onun hüquqlarını müdafiə edən vəkillərdən də şikayətçidir. Vəkillərindən biri Anar Bayramov onu uzun müddət məhkmə qapılarında süründürüb və bu “xidmətin” müqabilində 6300 manat “xidmət haqqı” alıb. Lakin heç bir nəticə olmayıb. İndi də pullarını geri tələb edən Rəfiqə xanım Anar Bayamovu polisə şikayət edib. İbrahim adlı digər vəkil isə Rəfiqə xanımdan 1000 manat alıb. Amma hər dəfə ərizə yazmaq bəhanəsi ilə ondan hər dəfə 60-70 manat olaraq üst-üstə  isə 300 manatdan artıq pul alıb. Rəfiqə xanımın yeni vəkili isə hələ ondan böyük məbləğdə pul almasa da,  öz müştərisini telekanallara çıxarıb şit şouların iştirakçısına çevirir və buy olla vəkil özünü reklam edir.

Bu qədər… Yəni hər gün yaşanan Azərbaycan tragikomediyalarından birinin sonu…

Qeyd edək ki, Rəfiqə Nəbiyevanın növbəti məhkəməsi mayın 25-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşən Kazımovun sədrliyi ilə olacaq. Ancaq artıq Rəfiqə xanım ümidini üzüb. Bir barmağının əzilməsi ucbatından hər şeyini itirən zərərçəkmiş qadın, gözyaşları içində “bu dəfə də mənim itirdiylərimi qaytarmasalar, özümü yandıracam”, deyir.

Nərminə UMUDLU
pia.az 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar