Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Barışıq olmayıb


“Aktyora qarşı kobud davranan departament əməkdaşları İlqar Cahangirdən üzr istəməyiblər”.


Bu sözləri “Axar.az”a “Oda” Teatrının rəhbəri Elmin Bədəlov Əməkdar artistlə Nəqliyyat nazirliyinin əməkdaşlarının barışığa gəlməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
 
Elmin Bədəlov bildirib ki, aktyora qarşı kobudluq edən departament əməkdaşları İlqar Cahangirdən üzr istəməyiblər:
 
Nəqliyyat Nazirliyi iddia edir ki, sürücüyə və aktyora hücum edən departament işçiləri barışıq edib. Ancaq bu, yalan məlumatdır. Aktyora qarşı kobud davranan departament əməkdaşları İlqar Cahangirdən üzr istəməyiblər və onlar görüşüb-qucaqlaşmayıblar. Nazirlik yalan məlumat yayır. Və üstəlik sürücüyə zəng vurub tələb edirlər ki, şikayətini geri götürsün. Bu məqsədlə qanunsuzluq edən departament əməkdaşları haqda ölçü götürmək istəmirlər. Bu isə cəzasızlıq yaradır ki, digər departament işçiləri də eyni halı rahatca təkrarlaya bilərlər. Bizim şikayətlərimiz qüvvəsindədir. Nəinki teatr adından, hətta İlqar Cahangirin öz adından da nazirliyə şikayət məktubu göndərildi. Biz rəsmi olaraq heç bir qanuna sığmayan, özbaşına əməllərinə görə departament işçilərinin cəzalandırılmağını qəti surətdə tələb edirik! Onlar cəzalandırılmağı cəmiyyət üçün çox faydalı olacaq!”
 
Xatırladaq ki, aprelin 9-da Əməkdar artist İlqar Cahangirə Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında hücum olmuşdu. Aktyor Bakı Beynəlxalq Avtovağzalında özünü Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən bir vətəndaşı döyməsini lentə aldığına görə hücuma məruz qalmışdı. Vətəndaşı döyən şəxslər onu təhqir edib, sonra isə onun telefonunu alıb yaddaş kartını çıxarmışdılar.
 
Mediada Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərovun adından məsələ ilə bağlı belə bir məlumat yayılmışdı: “İlqar Cahangir münaqişəsi yaranan departament işçiləri və ərazi rəhbəri ilə barışdırıldı. Aktyorla özüm də şəxsən görüşdüm. Yekunda bütün narazılıqlar aradan qaldırıldı və onlar öpüşüb-görüşdülər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ən çox oxunanalar