Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Barama Mərkəzinin “Media ilə Elm” müsabiqəsinə sən də qoşul

Azercell və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası Barama Media Mərkəzi gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsinə start verir


 "Science via Media" layihəsi yarış formatında baş tutacaq və layihə elmi  izahların media dilində topluma çatdırılmasıyla  gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyir. 30 Sentyabrdan etibarən 1 ay 15 gün ərzində iştirakçı qəbulu davam edəcək, növbəti 10 günlükdə isə səsvermə ilə qiymətləndirmə keçiriləcəkdir.

 Müsabiqədə iştirak üçün başlıca şərt bu günə qədər  dünya üzrə kəşf edilmiş və ya elmi araşdırmaları davam edən- kəşf mərhələsində olan hər hansı bir nəzəriyyənin, teoremin elmi açılışını 90 saniyəlik video çarxda izah etməli və bunu öz ideyalarınla ən yüksək səviyyədə tamaşaçıya anlaşıqlı etməyə çalışmaqdır.

 "Science via Media" gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcək, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək  gəncliyin, həm də toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəkdir.

Münsiflər heyəti və “”YouTube” kanalı üzərindən 50/50 formatında baş tutacaq səsvermədə qaliblər müəyyən ediləcək və ilk 3 yerin qalibi yüksək dəyərli xüsusi mükafat qazanacaqdır. Növbəti yerlərin sahibləri isə həvəsləndirici hədiyyələrlə təltif ediləcəkdir.
Çəkilmiş video çarxlar [email protected] elektron  ünvanına göndərilməli.

Materialların göndərilməsi üçün son tarix: 15.11.2017

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar