Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı


“Azercell Telekom” MMC və “PAŞA Bank”ın dəstəyi, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə start verilir


Artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi  mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Bu layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir. 15 yaşından yuxarı və texniki biliklərə malik olan hər kəs 25.10.2017 tarixinə qədər  www.hackathon.barama.az linki vasitəsilə qeydiyyatdan keçib bu yarışmada iştirak edə bilər.

Qalibləri aşağıdakı hədiyyələr gözləyir: 

1 yer tutan komanda - 1500 azn dəyərində hədiyyələr 
2 yer tutan komanda - 750 azn dəyərində hədiyyələr 
3 yer tutan komanda - 450 azn dəyərində hədiyyələr 
 
Onu da bildirək ki, layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi tərəfindən ödəniləcək. Tədbirin Media dəstəyi  isə technote.az tərəfindən təmin ediləcək.

Xatırladaq ki, Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 7 il ərzində mərkəz bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar