Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Barak Obama İlham Əliyevi təbrik edib


ABŞ prezidenti Barak Obama Azərbaycan dövlət başçısı İlham Əliyevi 28 may- Respublika Günü münasibəti ilə təbrik edib


B. Obamanın məktubunda deyilir:

“Hörmətli cənab Prezident, 28 may Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Biriləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir.

Azərbaycan müstəqilliyini qazandığı vaxtdan, Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik.

Tərəfdaşlığımız həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqların təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.

Lütfən milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar