Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bankomatların sayı bir ayda 100-dən çox azalıb




Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 103 ədəd (-4,05%), ilin əvvəlindən isə 252 ədəd (-9, 35%) azalaraq 2016-cı il noyabrın 1-nə 2 442 ATM təşkil edib


Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bankomatların 1 316 ədədi və ya 53,9%-i Bakıda, 1 126-i və ya 46,11%-i regionlarda yerləşir. Oktyabr ayında paytaxtda 82 ədəd, regionda 21 bankomat ləğv olunub. İlin əvvəli ilə müqayisədə paytaxtdakı bankomatların sayı 12,4% və ya 186 ədəd, regionlarda isə 66 ədəd və ya 5,5% azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankomatların sayında 269 ədəd və ya 9,9%, o cümlədən paytaxtda 209 ədəd və ya 13,7%, regionlarda isə 60 ədəd və ya 5,1% azalma müşahidə olunub.

Hesabata əsasən, bu il noyabrın 1-nə ölkədə hər 4,0 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.

Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi isə oktyabrda 348,8 min manata yüksəlib. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 9,4% artım deməkdir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar