Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bankların dollar özbaşınalığına son qoyulacaq


Manatın son günlərə qədər bahalaşmasına baxmayaraq banklarda dolların alqı-satqısı arasındakı kəskin fərq narazılıqlara səbəb olur


 Məsələn, “Yapı Kredi Bank Azərbaycan” 1.6594 manata aldığı dolları 1.8300 manata müştərilərə satıb.

 Bu isə təxminən 1 dollarda 20 qəpik, hər 100 dollarda isə 20 manat gəlir deməkdir.

“Yapı Kredi Bank” QSC-nin mətbuat xidmətindən cebhe.info-ya verilən məlumata görə, hazırda “Yapı Kredi Bank”da rəsmi məzənnə 1.70-1.82 manatdır: “Yəni, dolları 1.71 manata alaraq müştərilərə 1.82 manata satırıq. Hətta aparılan əməliyyatlar zamanı bankın filiallarında fərdi kurslar da tətbiq edilə bilər. Müştərinin bizimlə olan bağlılığından, dəyişmək istədiyi valyutanın həcmindən asılı olaraq ona daha endirimli və güzəştli kurslar təklif edilə bilər. Demək olar ki, bütün müştərilərə güzəştlər edilir”. 

Mətbuat xidmətindən verilən məlumata görə, bankdakı məzənnə tələb-təklif əsasında formalaşır. 

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdiriblər. Bir sıra banklarda dollar 1.68 kursu ilə alınaraq 1.85 məzənnəsi ilə satılır: “Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır. Nəticədə, sadə əməliyyatdan hər 100 dollarda bank 17 manat və hər 1000 dollarda isə 170 manat qazanır. Əgər bank 1000 dolları 1680 manata alıb 1850 manata satırsa, bu da süni gəlir hesab edilə bilər. Çünki xərc ilə satış qiyməti arasında kəskin fərq var”. İqtisadçı qeyd edib ki, Mərkəzi Bank marjanı ləğv etdikdən sonra banklar kursu müəyyənləşdirməkdə sərbəst olub: “Bank sektorunda rəqabətin zəif olduğunu və eləcə də Mərkəzi Bankın müdaxiləsini nəzərə alaraq xarici valyutaların alış və satış kursları arasında marja müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Təbii ki, söhbət Mərkəzi Bankın rəsmi məzənnəsi ilə bağlılıqdan getmir. Valyutanın alış və satış kursları arasında 4 faizlik marja müəyyənləşdirilə bilər. Bu zaman 1.68 kursu ilə dolları alanlar onu təxminən 1.75 kursu ilə satacaqlar. Bu halda isə, nə bank hər 1000 dollarda 170 manat qazanacaq, nə də vətəndaş bu qədər itirəcək. Bank üçün fərq hər 1000 dollarda 70 manat olacaq ki, bu da kifayət qədər normal gəlir hesab edilə bilər”.

İqtisadçı bildirib ki, əslində, uzun müddət bankların dollar satışından əldə etdiyi fərq 4 faizdən də az olub: “Buna görə də belə marjanın müəyyənləşdirilməsi “qara bazar”ı stimullaşdırmayacaq. Çünki banklar aldığı valyutanı satan zaman normal faizli gəlir əldə edəcəklər. Əksinə, valyuta məzənnələrinin müəyyənləşdirilməsində banklar arasında rəqabət yaradacaq. Bu, mövcud məzənnə siyasətinin prinsiplərinə də zidd hesab edilməməlidir. Çünki sektorda rəqabətin formalaşması və istehlakçların hüquqlarının qorunması üçün Mərkəzi Bank prosesə müdaxilə edə bilir. Eyni zamanda bu marja həmçinin valyuta satışında bankların spekulyativ müdaxilələrin də qarışını alacaq. Buna görə də bankların alış-satış məzənnələri arasında asılılığın yaradılması məqsədəuyğundur”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar