Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banklarda marjanın ləğv olunması dolların kəskin bahalaşması ilə nəticələnə bilər?

Vüqar Bayramov: “Yeni tətbiq edilən qaydalara əsasən banklar sərbəst şəkildə məzənnəni müəyyənləşdirəcəklər”


Əkrəm Həsənov: “Marjanın ləğvi xəbəri Neft Fondunun büdcəsinin təsdiqindən sonra çıxdı”.

Xəbər verdiyimiz kimi dünən Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirdi. Bu görüşdə AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb. Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək. Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.

Faiz dəhlizi ləğv olunmasına və bankların  tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirərməsi maliyyə bazarına necə təsir edər və bu halda dolların kəskin bahalaşma ehtimalı varmı? Həmçinin nəzərə alsaq ki, Azərbaycanda banklar kiçik bir qrup oliqarx-məmurun nəzarəti altındadır və bu günə qədər banklar ciddi itkilərə məruz qalıblar, o zaman bəzi bankların maliyyə bazarında inhisarçı rolunda çıxış etməsi mümkündürmü?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı – ekspert Vüqar Bayramova və Bank üzrə ekspert Əkrəm Həsənova müraciət edib.



Vüqar Bayramov: “Mərkəzi Bankın hədəfi ondan ibarətdir ki, məzənnə 2 manat ətrafında olsun”.


İqtisadçı Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bank hərraca daha çox dollar çıxarmaqla məzənnəni optimallaşdırıb, dollar bolluğu yaradıb və manatın kəskin ucuzlaşmasının qarşısın ala bilər:

“Yeni tətbiq edilən qaydalara əsasən banklar sərbəst şəkildə məzənnəni müəyyənləşdirəcəklər. Yəni Bankların məzənnəni müəyyənləşdirməsində hər hansı qadağa olmayacaq və hər hansı faiz müəyyənləşdirilməyəcək. Bu da olur liberal məzənnə siyasəti. Liberal məzənnə nə zaman tətbiq olunacaq hələlik bəlli deyil. Amma yaxın zamanlarda tətbiq edilməsi nəzərdə tutulub. Marjanın ləğv olunması manatın məzənnəsinə təsir göstərəcək. Yəni bu manatın məzənnəsinin bazar tərəfindən müəyyənləşməsi deməkdir. Bizim qiymətləndirmə onu göstərir ki, burada iki ssenari var:

1) Mərkəzi Bank cari tələbi ödəyib liberal məzənnə siyasətinə keçir. Xatırladım ki, ötən hərraca Mərkəzi Bank 300 milyon dollar çıxardı. Nəticədə də valyuta bazarını xeyli stabilləşdirə bildi. Bəzi banklar da valyuta satışın bərpa etdilər. Bu baxımdan əgər Mərkəzi Bank cari tələbi ödəyib hərraca daha çox dollar çıxarıb liberal məzənnə siyasəyinə keçərsə, bu zaman mövcud məzənnəni müəyyən kənarlaşdırma ilə qoruyub saxlaya bilər. Hiss olunur ki, Mərkəzi Bankın hədəfi ondan ibarətdir ki, məzənnə 2 manat ətrafında olsun. Yəni Mərkəzi Bankın birinci ssenarisi optimist ssenaridir. Mərkəzi Bank hərraca daha çox dollar çıxarmaqla məzənnəni optimallaşdırıb, dollar bolluğu yaradıb və manatın kəskin ucuzlaşmasının qarşısın ala bilər. Bu hal mümkündür. Bunun üçün də Mərkəzi Bank valyuta təklifin artırmalıdır.

2) Pessimist ssenarıdır. Bu halda Mərkəzi Bank əvvəlki qaydada, yəni 300 milyon deyil 25-30 min dolların hərraca çıxarılmasın təmin edir və nəticədə qıtlıq yaranır. Bu da manatın məzənnəsinin aşağı düşməsinə gətirib çıxarır. Əgər Mərkəzi Bank mövcud tələbi ödəmədən yüksək həcmdə dolları hərraca çıxarmadan liberal məzənnə siyasətinə keçərsə, bu zaman təbii ki, manatın məzənnəsi 2 dollardan yuxarı olacaq. Yəni belə olacaqsa, biz manatın məzənnəsinin daha sıçrayışla aşağı düşməsinin şahidi olacağıq. 

Vüqar Bayramov: “Mərkəzi Bank daha çevik şəkildə cari tələbin ödənilməsinə yönələn siyasət həyata keçirməklə manatın məzənnəsində kəskin azalmaların qarşısın ala bilər”.


Liberal məzənnə siyasətinə keçiddən sonra manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın hansı ssenarini seçməsindən asılıdır. Mərkəzi Bankın alacaqları da var. Bildiyimiz kimi 2017-ci ildə Dövlət Neft Fondundan Mərkəzi Banka 7.5  mlrd. manat vəsait ayrılacaq. Deməli Mərkəzi Bankın resursları var. Mərkəzi Bank daha çevik şəkildə cari tələbin ödənilməsinə yönələn siyasət həyata keçirməklə manatın məzənnəsində kəskin azalmaların qarşısın ala bilər. 

Bankların maliyyə bazarında inhisarçı rolunda çıxış etməsi birbaşa bazardakı dolların həcmindən asılı olacaq. Göründüyü kimi kifayət qədər dollar bazara çıxarılandan sonra bazarda qısa müddət də olsa, stabillik yarandı. Əgər Mərkəzi Bank böyük miqdarda dolları bazara çıxararsa, bazarda stabilliyə nail ola bilər. Həm Mərkəzi Banka, həm də hökumətə aydındıır ki, manat kəskin ucuzlaşarsa, bu iqtisadiyyata ciddi təsir göstərəcək. Buna görə Mərkəzi Bankın vəzifəsi ondan ibarətdir ki, manat kəskin dəyər itirməsin”. 



Əkrəm Həsənov: “Mərkəzi Bank banklara az dollar satmağa başlasa, bankların vəziyyətdən sui-istifadə cəhdləri gələcəkdə ola bilər”.


Bank üzrə ekspert isə qedy edib ki, əgər bir bank dolları 2 manata satmağa başlasa, amma digəri 1,8 manata satsa, təbii, hamı ikincisindən alacaq. Və ilk dövrdə bu problem olmayacaq, çünki Mərkəzi Bank bankları dollarla təmin edəcək:

“Əlbəttə, banklar buna cəhd edə bilər. Amma inanmıram ki, dərhal belə etsinlər. Böyük ehtimalla onlara qeyri-rəsmi göstəriş veriləcək ki, sui-istifadə etməsinlər. Digər tərəfdən, hansısa etmək istəsə belə, hamısı etməyəcək. Deməli, rəqabət olacaq. Əgər məsələn bir bank dolları 2 manata satmağa başlasa, amma digəri 1,8 manata satsa, təbii, hamı ikincisindən alacaq. Və ilk dövrdə bu problem olmayacaq, çünki Mərkəzi Bank bankları dollarla təmin edəcək. 

Elə ona görə də marjnın ləğvi xəbəri Neft Fondunun büdcəsinin təsdiqindən sonra çıxdı. Həmin büdcəyə əsasən Fond Mərkəzi Banka il ərzində 7,5 mlrd. manat ekvivalentində dollar verəcək. Amma bu vəsait tükənsə və Mərkəzi Bank banklara az dollar satmağa başlasa, bankların vəziyyətdən sui-istifadə cəhdləri gələcəkdə ola bilər. Amma ən azı bu ilin ilk yarısı ərzində belə şey gözləmirəm”.   

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar