Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banklar dollar satışında limiti daha da azaltdılar - Siyahı

Xəbər verdiyimiz kimi, dolların bahalaşması banklarda valyutanın 300-500 dollar arası limitlə satılmasına gətirib çıxarıb. Banklar valyuta qıtlığının səbəbini hərracdan ehtiyac olduğu qədər xarici valyuta ala bilməmələri ilə izah edirlər


Mərkəzi Bank isə kommersiya banklarının valyuta tələblərini hərraclar vasitəsilə ödəyə bilmədikdə, əlavə olaraq banklararası valyuta bazarına müraciət etməyi tövsiyə edir.

Fins.az –ın araşdırmalarına görə, hazırda bəzi banklar ümumiyyətlə valyuta satışını dayandırıblar. Bir qism isə limiti 100 dollara qədər azaldıb.

Dollar satışını dayandıran və ya limiti minimallaşdıran banklar aşağıdakılardır.

“Bank Respublika” -100 dollardan yüksək valyutanın alış və satışını həyata keçirmir.

“Bank Silk Vey” – kartlar üzrə dollar əməliyyatları davam etsə də, valyuta alış-satışını tamamilə dayandırıb.

“Bank Standard”- nağd dollar satışını dayandırıb.

“Bank VTB (Azərbaycan)”- nağd dollar satışını dayandırıb.

“Caspian Development Bank”- dollar satışını 200 dollar limitlə davam etdirir.

“Expressbank”- valyutanın satışına limit tətbiq edilməsə də, müştərinin nə qədər həcmdə dollar alması kassadakı məbləğdən asılıdır. Yəni kassada 1000 dollar qalıbsa, müştəri 1000 dollar alacaq, 10 dollar qalıbsa 10 dollar.

“Muğanbank” –dollar satışını dayandırıb.

“Accessbank”- konvertasiyanı 300 dollara qədər limitlə aparır.

“AFB Bank” – dollar satışını dayandırıb.

“AGBank” - 100 dollardan yüksək məbləğdə valyuta satmır.

“Amrahbank” – satış maksimum 200 dollar təşkil edir.

“Atabank” – bu bankda da dolların satışı kassadakı balansdan asılıdır. Limit isə 300 dollardır.

“Bank of Baku” – bu bankdan 300 dollar limitlə şəxsiyyət vəsiqəsi təqdim etməklə dollar almaq mümkündür.

“Turanbank” – 100 dollar limitlə dollar satır.

“PAŞA Bank” –ancaq bankın müştərilərinə dollar satır. Bu zaman limit tətbiq etmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar