Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banklar dollar kreditlərinə görə məhkəmələrə müraciəti dayandırıb

İqtisadçı ekspertdən təklif: “Ya dövlət büdcəsindən, ya da Neft Fondundan problemin həlli üçün vəsait ayrılmalıdır”


Azərbaycanda manatın devalvasiyasından sonra problemli kreditlərin məbləği artmağa başlayıb.

 Əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi bir çoxunda kreditin aylıq ödənişi ailənin gəliri həddindədir. Bu zaman isə vətəndaşın krediti ödəməsi mümkün deyil ki, bu mümkünsüzlüklər də problemli kreditlərin sayını artırır. Maraqlıdır, problemli kreditlərin axırı necə olacaq? Həll yolları necədir?

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında  problemli kreditlərin həllində heç bir irəliləyişin olmadığnı dedi: “Problemli kreditlərin həcmində azalmalar müşahidə olunmur. Belə kreditlərin həlli üçün iki əsas yol var. Ya müştərilər problemli kreditləri qaytarmağa başlamalıdır, ya da banklar güzəştə getməlidir ki, müəyyən irəliləyiş olsun. Hər iki tərəfdən də heç bir irəliləyiş yoxdur. Hətta bankalar uzun zamandır ki, məhkəmələrə belə müraciət etməkdən imtina ediblər. Bunun mənasız yol olduğunu gördülər. Problemli kreditlərlə bağlı məhkəməyə minlərlə iş göndərildi, heç birində normal irəliləyiş olmadı. Məhkəmə qərarlarının icrası da mümkün olmadı. Çünki vətəndaşın imkanı yoxdur ki, o vəsaiti qaytarsın. Problemli kreditlərin çoxu valyuta kreditləri ilə bağlı yaranmış problemlərdir. Bir gecənin içində iki devalvasiya oldu və insanların dollarla götürdüyü kreditlər onlardan asılı olmayan səbəblərdən iki dəfədən çox bahalaşdı. Dövlətdə buna görə məsuliyyət hissi yaranmalıydı, çünki qərarı hökumət almışdı. Amma hökumətin aldığı qərarın məsuliyyəti vətəndaşın çiyninə düşdü. Ona görə də problemli kreditlərin həlli üçün də heç bir irəliləyiş görünmür”.

İqtisadçi problemli kreditlərin həlli yollarını izah edir: “Problemli kreditlərin həlli üçün iki əsas yol var. Ya dövlət büdcəsindən, ya Neft Fondundan müəyyən vəsait ayırıb, problemli kreditlərin həlli üçün sərf olunmalıdır. Amma nə büdcədən, nə də Neft Fondundan belə bir vəsaitin ayrılması ilə bağlı heç müzakirə və qərar mexanizmləri yaradılmayıb. Bu da ona gətirib çıxaracaq ki, problemli kreditlər həcmi durmadan artacaq. Son zamanlarda problemli kreditlərin artım sürəti azalıb. Bu da onunla əlaqədardır ki, kredit götürən insanların və şirkətlərin sayı azalıb. Kredit götürənlərin sayı azaldıqca geri dönüşü mümkünsüz kreditlərin həcmində də artım tempi aşağı düşüb. Amma bu, o demək deyil ki, problemli kreditlərin azalması baş verir. Əkinə, belə kreditlərin sayı aybaay artır. Son 3 ildə yüksələn xətlə gedir. Dövlət büdcəsindən, ya Neft Fondundan təqribən 5 milyard manata yaxın vəsait ayrılıb, bu problemli kreditlərin məsələsi bir dəfəlik çözülməsə, nə vətəndaşlar, nə banklar öz güclərinə bu problemi həll edə bilməyəcəklər. Və problem də məbləğ olaraq arta-arta gedəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar