Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bank sektorunda rəqəmsallaşmanın tətbiqi ilə bağlı islahatlar aparılacaq

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) görüş keçirilib.

Palatadan “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycan Mərkəzi Bankının (AMB), bankların və xidmət mərkəzlərinin, habelə beynəlxalq kart təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə 2017-ci ilin dekabr ayında aparılmış diaqnostikanın, bank sistemində elektron bankçılıq xidmətləri, bank hesabları üzrə əməliyyatlar, ödəniş kartı infrastrukturu, elektron formada təqdim edilən xidmətlər və digər sahələr üzrə aparılan qiymətləndirmə nəticələri açıqlanıb.

Rəqəmsal bankçılıq sahəsində cari vəziyyətin müzakirə olunduğu tədbirdə, eyni zamanda bank xidmətlərində rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində aparılacaq islahatlar və qarşıda duran perspektivlərə dair təkliflər müzakirə edilib.

Qeyd edilib ki, Palata tərəfindən banklarla fərdi qaydada görüşlərin keçirilməsinə və rəqəmsallaşma sahəsində aparılacaq islahatların birgə müəyyən edilməsinə artıq başlanılıb. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar