Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balıq, əqrəb, insan geni vurulmuş məhsulları necə ayırmaq olar?


GMO təhlükəsi yenidən artıb: balıq, əqrəb, insan geni vurulmuş məhsulları necə ayırmaq olar?


Bu gün Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genləri modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlandığı külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, bu fakt idarə əməkdaşlarının "Lesitin Soyevıy" adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin yük Rusiya Federasiyasından “90 RO 897/10 ZE 332” nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Rusarom" MMC-nin ünvanına daxil olub.

Mərkəzi Gömrük Ekspertizası İdarəsinin arayışına əsasən, cəmi çəkisi 5425 kiloqram olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkarlanıb.

Dünyada da GMO-ya qarşı mübarizə aparılır. Xüsusilə də Fransada GMO məhsullarının insan orqanizmi üçün zərərli olması tez-tez qabardılır. Hətta ötən illərdə təhlükəli pestisidlərə və onların istehsalçısı olan “Monsanto” korporasiyasına (ABŞ) qarşı etiraz aksiyası da keçirilmişdi.

Aksiya iştirakçıları əllərində “Rədd olsun GMO”, “Monsanto” cinayətkar-yırtıcı korporasiyadır!”, “Biz, “Monsanto” üçün təcrübə dovşanı deyilik!” kimi çağırışlar yazılmış transparantlar gəzdirmişdilər.

İndi isə siçovullar üzərində təcrübə aparılaraq bildirilib ki, GMO bədxassəli şişlərin də yaranmasına səbəb olan faktorlar sırasındadır.

GMO-nun nə olduğuna da diqqət edək. Qida mütəxəssisi Aysel Hüseynli musavat.com-a bildirib ki, GMO genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır: “Orqanizmlərin genomunu dəyişdirmək üçün seçilmiş gen bakteriyalardan, viruslardan, heyvanlardan götürülərək digər qohum orqanizmlərə və eləcə də əksər hallarda bir-birindən uzaq orqanizmlərə yeridilir. Misal üçün qütblərdə yaşayan bir balığın soyuğa dözümlülük genetikası hansısa bir çiyələyə tətbiq edilərək, nəticədə soyuğa dözümlü çiyələklər yetişdirilir. Kartofların soyuğa davamlı olması üçün onlara əqrəb geni vurulur, düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vurulur və s. Gen mühəndisliyi yolu ilə alınan, proqramlaşdırılmış bitkilər və heyvanlar yüksək məhsuldarlığa malik olmaqla yanaşı, həm də quraqlığa, soyuğa, duza, pestisidlərə davamlıdır. Lakin bu yolla alınan məhsullar insan orqanizmi üçün təhlükəlidir. Belə ki, GMO-lu ərzaq məhsulları uşaqlarda mədə bağırsaq xəstəlikləri, böyüklərdə immun sisteminin zəifləməsinə səbəb olur. Bundan başqa bu cür məhsullar insanda yaddaş pozğunluğu, infeksion xəstəliklər, piylənmə, ürək-damar xəstəlikləri, allergiya, hətta xərçəng xəstəliyi yaradır. Bundan əlavə GMO ətraf mühitin biomüxtəlifliyini də pozur. Bu cür məhsulları vizual olaraq tanımaq, mümkündür. Belə ki GMO məhsulların bir neçə ortaq cəhəti olur: 1. Uzunmüddətli saxlanma qabiliyyəti (belə məhsullar gec xarab olur). 2. Bu məhsullara qurdlar və bakteriyalar hücum çəkmir. 3.GMO məhsullarının hamısı sanki eyni standart ölçüdə olur, parlaq və hamar səthə malik olur. 4. Belə məhsulları kəsib saxladıqda, onlar nə rəngini, nə də formasını dəyişmir”.

Bildirilir ki, məhsulların GMO olduğunu böyüklərdən çox uşaqlar daha çox hiss edirlər. Belə ki, uşaqlar bəzən bir meyvəni yeyən zaman ondan balıq iyi gəldiyini söyləyirlər. Şübhə olunmur ki, bu meyvələr məhz GMO məhsullarıdır.

Azərbaycanda  GMO məhsullarının idxalına icazə verilmir və yuxarıdakı xəbərdən də göründüyü kimi bu kimi məhsullara qarşı mübarizə aparılır. Lakin bu gün mağazalarda yuxarıda sadalanan  cəhətləri özündə gəzdirən meyvələrə rast gəlirik. Sahibkarlar bu meyvələrin istixanalarda yetişdirildiyini, calaq olunduğunu söyləsələr də insanlar arasında GMO olduğuna şübhələr qalmaqda davam edir.

Musavat.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda GMO məhsulları əkilir və var: “Azərbaycana uzun müddətdir yoxlanmadan toxumlar gətirilir. Buna görə də artıq belə toxumlar əkinçiliyə də daxil olub. Məsələn, böyük çiyələklər var ki, onları kəsirik ancaq tum görünmür. Tum yoxdursa artıq bu məhsullar birmənalı şəkildə GMO-dur. Azərbaycanda əkilən bir çox məhsulları tumuna görə növbəti il əkmək olmur. Çünki nəsil vermir. Hazırda bazarlarımızda satılan qarpızların, pomidorların böyük hissəsi bu cürdür. Hədindən artıq böyük bibərlər, kartoflar, badımcanlar da GMO-dur. Onu da qeyd edək ki, İrandan da bizə GMO məhsulları gətirilir. Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda layihələr həyata keçirib, xüsusilə İsraildən çiyələk sortları gətirirlər. İsraildə GMO sortları geniş yayılıb. Bıçaqla kəsilən, bərk olan çiyələklər GMO-dur. Onu da deyim ki, Gömrük orqanında işləyən laboratoriyalar da kifayət qədər yaxşı işləmir. Orada da mükəmməl ekspertiza aparılmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar