Çayda batmış 24 yaşlı gəncin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dünən, avqustun 18-də Katex çayının Balakən rayonundan keçən hissəsində batmış 1993-cü il təvəllüdlü Nuriyev Adilxan Nəzirxan oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Yerli KİV-lərin bildirdiyinə görə, mərhum gənc regional telekanallardan birinin keçmiş rəhbərinin oğludur.
pia.az