Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya və İrəvana silah, Qarabağa rus əsgəri - Kremlin təzə “balans” siyasəti


Rusiya imperiya siyasətini cilalayır; Azərbaycana növbəti partiya yeni silahlar göndərən Rusiya eyni gündə Ermənistanla birgə hərbi təlim keçirib və təlim bəhanəsilə işğal altındakı Dağlıq Qarabağa rus sərhədçiləri keçib; “Moskva yeni müharibədə maraqlıdır” - iddia...


Rusiyanın “balanslaşdırıcı” Qarabağ siyasəti davam edir. Əfsus ki, bu siyasət heç də ədalətli vasitəçilik istəyindən qaynaqlanmır və konfliktin həllinə deyil, bölgədə Rusiya maraqlarını daha yaxşı qorumaq naminə dondurulmasına xidmət edir. 

İllərdir Azərbaycanı və Ermənistanı silahla təchiz edən Moskvanı bu üzdən tərəflərin müharibə vəziyyətində olması qətiyyən qayğılandırmır.

Aydındır ki, problemin həllində real dönüşün yaranması Moskvanın Azərbaycana və Ermənistana silah satmasını avtomatik şəkildə gündəmdən çıxaracaq. Necə deyərlər, Rusiyanın regiondakı silah bazarı bağlanacaq, buradakı (işğalçı Ermənistandakı) rus hərbi bazalarına ehtiyac qalmayacaq.

Bu xüsusda o da aydındır ki, Kreml konfliktin həllini süni şəkildə uzatmaqla və hər iki tərəfi silahlandırmaqla onları, ilk növbədə də Ermənistanı özündən daha güclü siyasi asılılığa salmağa çalışır. Başqa sözlə, hərbi faktor Rusiya üçün tərəfləri öz orbitində saxlamağa hesablanmış mühüm amillərdən biridir və Kreml, deyəsən, ondan tezliklə vaz keçməyə hazırlaşmır. Daha bir neçə təzə fakt.

***
Srağagün Azərbaycana növbəti partiya Rusiya silah-sursatı və hərbi təyinatlı avadanlıqlar gətirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, budəfəki tədarük də iki ölkə arasında əvvəllər əldə olunmuş razılaşmalar əsasında reallaşıb. Bundan təxminən 10 gün qabaq isə Bakı Rusiyadan başqa bir partiya ağır hərbi texnika və döyüş sistemləri almışdı.

Və təbii ki, budəfəki silah göndərişi də Ermənistanda kəskin qıcıq və narahatlıq doğurub. Hətta bəzi erməni ekspertləri bunu “Rusiyanın Azərbaycanı Ermənistana qarşı müharibəyə təşviq eləməsi” kimi şərh ediblər. Məsələn, musavat.com-un məlumatına görə, bu barədə 1 in.am saytının siyasi şərhçisi Sərkis Arsruni yazıb: “Bu fakt konkret siyasi məqsəd güdür: Azərbaycan növbəti dəfə nəinki açıq şəkildə müharibəyə hazırlaşdığı haqda siqnal verir, həmçinin işarə vurur ki, bunu Moskvanın razılığı ilə olmasa da, susqun razılığı əsasında edir. Cəbhədəki son eskalasiyalar fonunda da növbəti partiya Rusiya silah-sursatı Azərbaycana göndərilməsi onu göstərir ki, Moskva yeni müharibədə maraqlıdır - böyük ehtimalla da o ümidlə ki, regionda bu yolla öz təsirini gücləndirəcək”.

Erməni analitik daha sonra hadisəyə rəsmi İrəvanın susqun reaksiyasını sərt şəkildə qınayaraq qeyd edir: “Yeni müharibənin qızışdırılmasında Azərbaycanla yanaşı, eyni dərəcədə Rusiya cavabdehdir. Belə vəziyyətdə özünə az-çox hörmət edən Ermənistan hakimiyyəti ən azından, ölkəmizin Avrasiya İqtisadi Birliyi və KTMT-də üzvlüyünü dondurardı - ta o vaxta qədər ki, Moskva müvafiq izahatla çıxış eləsin. Fəqət, rəsmi İrəvan ən yaxşı halda qorxaq mühakimə ilə kifayətlənir ki, ”böyük qardaşı" incitməsin".

Erməni ekspertə görə, Rusiya məsələsi parlament müxalifəti üçün də mühüm mövzu olmalıdır: “Çünki problem artıq dünya görüşü və ya geosiyasi oriyentirlər məsələsi deyil, ölkəmizin və xalqımızın təhlükəsizlik məsələsidir. Bəlkə də müstəmləkəçilikdən qurtulmaq və azadlıq əldə eləmək gündəliyi ilə ölkədə güclü bir hərəkat başlatmaq mümkün olsun - hansı hərəkat ki, nəinki Qarabağ məsələsində qələbəmizi təmin edər, eyni zamanda keyfiyyətcə yeni tip dövlətin yaranmasının əsaslarını yaradardı”.

***
Əlbəttə ki, erməni siyasi icmalçının son fikri blefdən, illüziyadan başqa bir şey deyil. Çünki Ermənistan adlı saxta dövlətin Rusiya müstəmləkəsindən qurtulması nəinki Dağlıq Qarabağ məsələsində “İrəvanın qələbəsini” təmin etməyəcək, üstəlik, Ermənistanın özünün varlığını böyük sual altına qoyacaq. Ona görə ki, Azərbaycan işğalçını layiqincə cəzalandırmaq üçün önündə daha Rusiya əngəlini görməyəcək.

Məsələ də ondadır ki, naşükür ermənilər etiraf eləməsə belə, məhz Rusiya Ermənistan adlı qondarma dövlətin əsas qarantı olaraq qalır. Hamı bilir ki, Ermənistanın iqtisadi, energetik sferası Rusiyanın nəzarətindədir, bu ölkədəki rus hərbi bazaları ən əvvəl onun təhlükəsizliyi üçün və İrəvanın yazılı xahişi ilə Ermənistandadır. Ermənistanın Türkiyə və İranla sərhədlərini də yenə məhz 1992-ci il 30 sentyabr razılaşmasına uyğun olaraq, Rusiya sərhədçiləri (Federal Təhlükəsizlik Xidməti) qoruyur. Yerdə nə qaldı ki?

Yeri gəlmişkən, Bakıya növbəti partiya silah göndərildiyi gün Ermənistanda İran-Ermənistan sərhədi yaxınlığında Rusiya ilə Ermənistan ortaq hərbi təlim keçirib. Erməni qaynaqlarının məlumatına görə, həmin təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. 

Maraqlıdır ki, təlimlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisində keçirildiyi açıqlanıb. Belə ki, İran-Ermənistan sərhədini keçən 2 şərti sərhəd pozucusu Ermənistanla “DQR”in inzibati sərhədini aşaraq dağlıq ərazidə gizlənməyə cəhd edib. “Pozuculardan biri dağlıq ərazidə, digəri isə dron vasitəsilə yaxalanıb” - deyə rəsmi açıqlamada deyilir.

Göründüyü kimi, əslində söhbət təlim adı ilə Rusiya hərbçilərinin işğal altındakı Dağlıq Qarabağa qanunsuz, Bakının icazəsi olmadan keçməsindən gedir. Bu isə yumşaq desək, artıq Rusiya tərəfdən də təxribatçı bir addımdır və rəsmi Bakının əsəblərini yoxlamağa hesablanıb. O üzdən də buna Azərbaycanın reaksiyası labüd görünür.

Bu xüsusda istipress.com-un şərhi də maraqlıdır: “İran Qarabağa hücum etmək istəyir”. Erməni KİV-lərinin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İrandan sərhəd pozucularının Dağlıq Qarabağa sərhəd müdaxiləsi cəhdlərinin qarşısının alınması üzrə birgə təlimləri barədə məlumatlarını yalnız belə adlandırmaq olar. Bəllidir ki, Azərbaycanın bu regionu nə İranla, nə Rusiya ilə, nə də Ermənistanla heç bir sərhəddə malik deyil. Bu təlimlərin bütün ssenarisini İrəvanda düşünüblər. Orada hansısa yolla çalışırlar ki, Qarabağın adı RusiyaErmənistanla birlikdə çəkilsin. Dünyanın hansısa ölkəsində hansısa evin və ya küçənin sakinləri Dağlıq Qarabağın müstəqilliyini tanıyanda Ermənistan paytaxtında çox sevinirlər. Dərhal hökumətə yaxın ekspertlər, politoloqlar şişirdirlər ki, ikinci erməni dövlətinin tanınması ilə bağlı hansısa mikroaddım atılıb. Son zamanlar erməni rəhbərliyi belə xəbərlə özünü sevindirə bilmir. Buna görə də İrəvan rejimi təlim adlandırdığı bu oyunu düşünüb ki, Qarabağın adı ilə Ermənistanı və Rusiyanı bir araya gətirsinlər".

***
Beləcə, Moskva bir yandan, Azərbaycana dünya bazarı qiymətinə silahlar, hərbi texnika satırsa, o biri yandan işğalçı Ermənistanı da unutmur, ona da ucuz qiymətə və ya havayı silah ötürür və arada bu cür ortaq təlimlərlə İrəvanın könlünü almağa çalışır. Erməni əsilli Rusiya vətəndaşlarının Bakıya buraxılmaması ilə bağlı Alxanlı faciəsi günü Moskvanın Azərbaycana əsassız nota verməsi də eyni məqsəddən qaynaqlanırdı.

Kremlin “balanslı” Qarabağ siyasəti beləcə, davam edir. Əslində isə o, bununla özünün regiona yönəlik imperiya siyasətini cilalayır...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar