Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
Bu barədə "APA-Economics"ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
"Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
pia.az