Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının seysmik riski qiymətləndirilir

Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinə başlanılır


Layihəyə 2017-ci ildə start veriləcək. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Baş mühəndis, geologiya üzrə fəlsəfə doktoru Rauf Muradov və Elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin (GFZ EXSM) rəhbəri Stefano Parolainin dəvəti ilə 19-23 sentyabrda Almaniyanın Potsdam şəhərində yerləşən GFZ-də işgüzar səfərdə olublar.

Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması və seysmik təhlükəli zonaların müəyyənləşdirilməsi məqsədilə aparılacaq tədqiqat işlərinin həyata keçirilməsi üçün imkanlar müzakirə olunub.

Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün GFZ-nin texno parkında olan cihazların Bakı şəhərində quraşdırılması üçün ilkin razılıq əldə olunub. Bildirilib ki, GFZ-nin texno-parkından ilkin olaraq 20 stansiyanın 2 il müddətində Bakı şəhərində quraşdırılması GFZ-nin hesabına həyata keçiriləcək. Quraşdırma işləri hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə həyata keçiriləcəkdir. Bununla bağlı RSXM-nin bir neçə əməkdaşının əvvəlcədən GFZ-də Almaniyalı tədqiqatçılarla birlikdə 2-3 ay işləyərək təcrübə toplaması nəzərdə tutulur. Birgə əməkdaşlıq zamanı alınmış məlumatların birgə emal edilməsi və layihənin 2017-ci ilin aprel- may aylarında başlanılması razılaşdırılıb. 

Qeyd edək ki, GFZ EXSM-nin dəstəyi ilə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında aparılan danışıqlar bir neçə mərhələdən ibarət olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar